Yaşayış binasında yanğın oldu, bir nəfər zəhərləndi
20:14 / 12.02.2022
1045
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Sfera.az Fövqəladə hallar Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və ev əşyaları 2 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.