Yaponiyada güclü zəlzələ: Onlarla insan ölüb, minlərlə yaralı var – YENİLƏNİB

Yaponiyada güclü zəlzələ: Onlarla insan ölüb, minlərlə yaralı var – YENİLƏNİB

 

Yaponiyanın cənub-qərbində güclü zəlzələlər nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb, Associated Press xəbər verir.

Xilasedicilər və hərbçilər zərər çəkmiş rayonların sakinlərinə kömək edirlər.

Güclü yağış və dağ ərazilərində sürüşmələrlə əlaqədar xilasetmə əməliyyatı çətinləşib.

Qeyd olunur ki, təbii fəlakətin baş verdiyi ərazilərdə yüz minlərlə insan işıqsız və susuz qalıb.

Xəsarət alanların ümumi sayı 1,5 nəfəri ötüb.

21:06

Yaponiyanın cənub-qərbində ötən gecə baş vermiş ardıcıl zəlzələlər nəticəsində həlak olanların sayı 19-a çatıb. Bu barədə məlumatı Kumamoto prefekturasının polis idarəsi yayıb.

Beləliklə, son iki gün ərzində Yaponiyanın cənub-qərbində baş verən təbii fəlakətlər nəticəsində ölənlərin ümumi sayı 28-ə çatıb, Oxu.Az TASS-a istinadən xəbər verir.

Bu gecə xəstəxanalara yerləşdirilənlərin sayı 900-ə çatıb. Son iki gündə zərər çəkənlərin ümumi sayı isə 2000 nəfərə çatıb.

Yaponiyanın müdafiə naziri Qen Nakatani öz idarəsinə və milli özünümüdafiə qüvvələrinin komandanlığına xilasetmə işlərində ABŞ-dan yardım alınması zərurətini qiymətləndirməyi tapşırıb.

"Biz təklifə görə Amerika tərəfinə minnətdarıq və mən bu addımın zəruriliyini qiymətləndirmək barədə əmr vermişəm”, - deyə nazir bildirib.

Ötən gecə Yaponiyanın cənub-qərbində maqnitudası 7,3 bala çatan bir neçə zəlzələ baş verib. Təbii fəlakət böyük dağıntılara səbəb olub. Cənub-qərbdə yerləşən Küsü adası ikinci gündür ki, güclü yeraltı təkanlardan silkələnir – ölkənin milli metroloji xidmətinin məlumatına görə, afterşoklar hələ bir neçə gün davam edə bilər.

Ən ağır vəziyyət Minamiaso kəndindədir, burada yeraltı təkanların səbəb olduğu dağıntılardan başqa, bir neçə güclü sürüşmə qeydə alınıb.

Hazırda 11 nəfər uçqun altında qalıb. Elə həmin kənddə Kuro çayının sahillərini birləşdirən 200 metrlik "Aso” körpüsü uçub.

Körpünün uçması da insan tələfatına səbəb ola bilər. Yerli KİV-in məlumatına görə, ən azı bir avtomobil körpünün qalıqları ilə birlikdə çaya düşüb. Daha bir neçə avtomobil körpüdən asılı vəziyyətdə qalıb. Hazırda nəqliyyat vasitələrində insanların olması barədə məlumat yoxdur.

Ölkənin özünümüdafiə qüvvələrinin 800 döyüşçüsü regiona göndərilib.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...