Xırdalanda Yaponiyanın ölkəmizdəki səfiri ilə görüş keçirildi - FOTO

Xırdalanda Yaponiyanın ölkəmizdəki səfiri ilə görüş keçirildi - FOTO
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev  Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi ilə görüş keçirilib
 
Sfera.az xəbər verir ki, Abşeron RİH binasında baş tutan görüşdə Abdin Fərzəliyev rayon barəsində, o cümlədən onun coğrafi mövqeyi, turizm və iqisadi imkanları, rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları haqqında ətraflı məlumat verilib. Yaponiyalı iş adamlarının Abşerona sərmayə yatırmağa çağıran RİH başçısı bunun üçün rayonda bütün iqtisasdi imkanların mövcudluğunu, yaponiyalı turistlərin isə "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baş çəkmələrinin arzulanan olduğunu səfirin diqqətinə çatdırılıb.

Səfirlik tərəfindən Azərbaycanda bir sıra hümanitar layihələrin icra edildiyini, onlardan bir neçəsinin də Abşeronda reallaşdırıldığını xatırladan RİH başçısı Xırdalan şəhərində məişət tullantılarının idarə olunması və zərərsizləşdirilməsi, eləcə də Masazır Duz gölünün ətrafında istirahət parkının salınması zamanı Yaponiya şirkətlərinin təcrübəsindən yararlanmağın məqsədəuyğun olduğunu bildirilib. 

Öz növbəsində səfir Vada Cuniçi Azərbaycan Yaponiya əlaqələrinin qurulmasının bu il 30 illiyi olduğunu və buna görə il ərzində bir sıra böyük layihələrin həyata keçiriləcəyini söyləyib. Bu illər ərzində təmsil etdiyi səfirlik tərəfindən Azərbaycanda ekologiya, iqtisadiyyat və kənd təsərrüfatı sahələrində hümanitar layihələrin həyata keçirildiyini önə çəkən səfir bu layihələrdən birinin də Abşeronda gerçəkləşəcəyini qeyd etmiş, eyni zamanda Xırdalan şəhərində Yaponiya mədəniyəti, xörəkləri və adət-ənənələri ilə bağlı sərgi keçirmək arzusunda olduqlarını bildirilib. 

Görüşdən sonra səfir Vada Cuniçi Abşeron rayonunda istehsal sahələrini gəzmiş, sənaye və kənd təsərrüfatı məhsulları ilə tanış olub.


 

OXŞAR XƏBƏRLƏR

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Muzeylərdə “açıq qapı” aksiyası keçirilir – FOTOREPORTAJ

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü (İnternational Museum Day) kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabe...

Qafqaz - İberoamerika Düşüncə Mərkəzi Aİ - AZƏRBAYCAN biznes forumunda - FOTOLAR

Mayın 17 - də Avropa İttifaqı - Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Avropadan rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sa...

Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırıldı - FOTOLAR

İctimai Xadim, İş Adamı, "Ganjavi Holding"-in prezidenti Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırılıb. Sfera.az xəbər veri...

“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin etdi - FOTO

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı marafonu - 2022” baş tutub. "Küləyə qalib gəl” şüarı altında sayca 5-cisi keçirilən marafonun mühafizə...

İlham Əliyev və Ərdoğanın qatıldığı Rize-Artvin Hava Limanının açılışından maraqlı FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və...