Xırdalanda “Oxu Günü” keçirildi - FOTO

Xırdalanda “Oxu Günü” keçirildi - FOTO
Xırdalan şəhərindəki Heydər Əliyev Parkında "Oxu Günü-8” adlı sərgi-festival keçirilib.
 
Sfera.az xəbər verir ki, ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə düzənlənən və Abşeron Rayon İcra Hakimiyyətinin, ayon Təhsil Şöbəsinin, "Hədəf Nəşrləri” və "Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, akademiklər, millət vəkilləri, tanınmış yazıçılar, elm xadimləri, təhsil kollektivləri və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə yazıçı, şair və publisistlərin, eləcə də nəşriyyatların çap etdirdikləri kitab, jurnal və qəzet stendlərinə baxış keçirilib, müəlliflərlə birbaşa dialoq qurmuş, diqqət və maraqlarını çəkən kitablar haqqında maraqlanıblar. 

Daha sonra açıq səma altında qurulan səhnədə rəsmi hissə başladı. 

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək "Oxu Günü”nün əhəmiyyətini, festivalın kitabın, mütaliyənin təbliğatında boyük rol oynadığını qeyd edərək Abşeron Rayon İcra Hakimiyyətinin bu kimi tədbirlərin tez-tez keçirilməsinə daim lazimi dəstəyin göstərəcəyini vurğulayıb. 

Daha sonra çıxış edən akademik İsa Həbibbəyli, millət vəkili Aqil Abbas, filalogiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq və digərləri ölkədə kitabın və mütaliyənin populyarlığının daha da artırılmasının vacidliyini bildirib və kitab oxuyabn cəmiyyətlərin daha tez inkişaf etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Qeyd olunub ki, "Oxu günü” çərçivəsində tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir. "Oxu Günü” aksiyası 2015-ci ildən etibarən mütəmadi təşkil olunur. 2020-2021-ci illərdə isə pandemiya səbəbi ilə onlayn formada həyata keçirilib.

Tədbirdə məktəblilər "Gəlin birgə oxuyaq” fləşmobuna qatılıb minlərlə oxucu ilə eyni anda kütləvi mütaliə həyəcanı yaşamış, yeni kitablar əldə edib, eləcə də öz kitablarını başqa oxucularla dəyişərək bilik mübadiləsi ediblər.


 

OXŞAR XƏBƏRLƏR

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Muzeylərdə “açıq qapı” aksiyası keçirilir – FOTOREPORTAJ

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü (İnternational Museum Day) kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabe...

Qafqaz - İberoamerika Düşüncə Mərkəzi Aİ - AZƏRBAYCAN biznes forumunda - FOTOLAR

Mayın 17 - də Avropa İttifaqı - Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Avropadan rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sa...

Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırıldı - FOTOLAR

İctimai Xadim, İş Adamı, "Ganjavi Holding"-in prezidenti Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırılıb. Sfera.az xəbər veri...

“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin etdi - FOTO

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı marafonu - 2022” baş tutub. "Küləyə qalib gəl” şüarı altında sayca 5-cisi keçirilən marafonun mühafizə...

İlham Əliyev və Ərdoğanın qatıldığı Rize-Artvin Hava Limanının açılışından maraqlı FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və...