“XƏZİNƏ” Milli Mükafatı dünya təcrübəsinə əsaslanır - MÜSAHİBƏ

“XƏZİNƏ” Milli Mükafatı dünya təcrübəsinə əsaslanır - MÜSAHİBƏ
"XƏZİNƏ” Milli Mükafatı layihəsinin rəhbəri, "Yenigundem.az” xəbər portalının baş redaktoru Təbriz Məhərrəmoğlunun "AMVPRESS.AZ” informasiya portalına müsahibəsini təqdim edirik.

Təbriz Məhərrəmoğlu: "Dünya təcrübəsinə baxsaq mükafatlandırmalar media qurumları və Qeyri-Hökumət Təşkilatları (QHT) tərəfindən keçirilir. "XƏZİNƏ” Milli Mükafatı dünya təcrübəsinə əsaslanır.”

"XƏZİNƏ” Milli Mükafatının keçirilməsində məqsəd nədir?

Lahiyəni keçirməkdə məqsəd odur ki, öz sahəsində fərqlənənləri və peşəkarları dəyərləndirməkdi. İdeya olaraq insanlarımızı bir araya gətirib cəmiyyətə sosial mesaj ötürməkdir. Biz birlikdə daha güclüyük. Bütün bunları alaraq "XƏZİNƏ” Milli Mükafatını təsis etdik.

XƏZİNƏ-də kimlər olacaq?

Xəzinədə dövlət nümayəndələri, millət vəkilləri, xalq artistləri, iş adamları, sənət adamları və müxtəlif sahələrin simaları iştirak edəcəklər. Bununla bağlı daha ətraflı məlumatı "Instagram” sosial şəbəkəsində @khazinanationalawards səhifəsindən əldə edə bilərsiniz.

Ölkəmizdə bir-neçə mükafatlandırma layihələri icra edilir. Buna münasibətiniz necədir?

İlk olaraq onu qeyd edim ki, iş görən hər kəsə uğurlar arzulayıram. Dünya təcrübəsinə baxsaq mükafatlandırmalar media qurumları və Qeyri-Hökumət Təşkilatları (QHT) tərəfindən keçirilir. "XƏZİNƏ” Milli Mükafatı dünya təcrübəsinə əsaslanır.

"XƏZİNƏ” Milli Mükafatının digər mükafatlandırmalardan fərqi nədir?

Xüsusi onu vurğulayım ki, bu milli mükafatlandırmadır. Ölkəmizdə öz sahəsində fəaliyyət göstərən və peşəkarlıq nümayiş edən insanlar xəzinəmizdə toplanacaqlar. Biz layihəni media şəxsləri olaraq icra edəcəyik.

Layihədən gözləntiləriniz nələrdir?

Layihədən əsas gözləntimiz ictimai və sosial insanlarımızı bir araya toplayaraq xəzinəmizi nümayiş etdirməkdir. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ili "Nəsimi ili” elan etməsi bizim layihəyə məsuliyyətli yanaşmağımızın stimuludur. Tarixi şəxsiyyətlərimiz Azərbaycanın xəzinəsidir. Həmçinin, Azərbaycanın böyük tarixi şəxsiyyətlərindən biri olan Nizami Gəncəviyə toxunan sözü, yəni xəzinə anlayışını layiqli təmsil edəcəyik.



OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...