Xersonun üç yaşayış məntəqəsi işğaldan azad olundu - RƏSMİ AÇIQLAMA

Xersonun üç yaşayış məntəqəsi işğaldan azad olundu - RƏSMİ AÇIQLAMA
"Rusiya Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisində hücum əməliyyatına hazırlaşırlar”.

Sfera.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

"Düşmən başqa ölkələrdən Ukraynaya qarşı muzdlu döyüşçülər cəlb edir. 14-cü ordu korpusunun 200-cü əlahiddə motoatıcı briqadasının komandanlığı itkiləri kompensasiya etmək üçün hərbi qulluqçulara təlim keçir. İnformasiyaya əsasən, briqadanın ümumi canlı itkisi 30 faizə yaxındır. Taborlardan birinin taktiki qrupu tamamilə məhv edilib, başqa biri isə döyüş qabiliyyətini bərpa etmək üçün Belqorod vilayətinə aparılıb”, - qurumdan bildirilib.

Qeyd olunub ki, Slobojan istiqamətində Rusiya hərbçiləri Xarkov şəhərini mühasirəyə almağa çalışırlar.

Rəsmi informasiyaya əsasən, Rusiyanın 20-ci ümumqoşun ordusunun 236-cı artilleriya briqadası şəxsi heyəti və silah-sursatının 20 faizini itirib: "İşğalçılar beynəlxalq humanitar hüquqla qadağan olunan silahlardan fəal şəkildə yararlanırlar. Ukrayna Silahlı Qüvvələri ötən sutkada Rusiyanın 8 qanadlı raketini məhv edib”.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri əks-hücumu nəticəsində Xerson vilayətinin Dobryanka, Novovoznesensk və Trudolyubovka yaşayış məntəqələrinə nəzarəti ələ keçiriblər: "Aleksandrovka rayonunun azad edilməsi istiqamətində döyüş davam edir”.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib ki, Rusiya Silahlı Qüvvələri Xerson və Nikolayev vilayətlərini təhvil verməyə hazırlaşır. (Report)

OXŞAR XƏBƏRLƏR

Putindən paradda diqqətçəkən AÇIQLAMA: “NATO Krıma hücuma hazırlaşırdı”

NATO ölkələri bizi eşitmək istəmədi. Onların tamamilə başqa planları var idi. Krıma hücum hazırlığı gedirdi”.  Sfera.az xəbər verir ki, bu barədə Rusiya P...

“Yəqin ki, bu həftə..." - Ərdoğandan Putinlə bağlı AÇIQLAMA

"Yəqin ki, bu həftə Putinlə görüşəcəyik”. Sfera.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Çamlıca Məscidində bayram namazı zamanı...

Ermənistan müxalifəti İrəvanın mərkəzi küçələrini bağladı - FOTOLAR

Ermənistan müxalifəti bu gün səhər saatlarından İrəvanın mərkəzi küçələrini bağlamağa başlayıb. Sfera.az erməni mediasına istinadən xəbər verir ki, bu bar...

Putinin bu görüntüsü yenidən gündəmi alt-üst etdi: Niyə masadan yapışır? - FOTO

Ötən gün Rusiya Prezidenti Vladimir Putinin Müdafiə naziri Sergey Şoyqu ilə görüşündə çəkilən bir foto gündəm olub.   Sfera.az xəbər verir ki, görüş əsna...

Rusiya Mariupola nəzarəti ələ keçirdi: Şoyqu Putinə məruzə etdi - VİDEO

Kremldə Rusiya Prezidenti Vladimir Putin və ölkənin müdafiə naziri Sergey Şoyqu arasında görüş keçirilir. Bu barədə məlumatı "TASS” yayıb. Görüşdə Ş...

Vaxtanq Kikabidze Putinin gələcək taleyilə bağlı PROQNOZ VERDİ

Gürcü aktyoru, rejissoru və müğənnisi Vaxtanq Kikabidze Ukraynanı qətiyyətlə dəstəkləyən, Rusiyanın bu ölkəyə təcavüzünü pisləyən sənətçilərdəndir. Sfera....