Xankəndidəki separatçı-terrorçu rejimin təcili toplantısı nəyə hesablanıb? - "Onlara qarşı bütün rıçaqlar işə salınmalıdır"

Xankəndidəki separatçı-terrorçu rejimin təcili toplantısı nəyə hesablanıb? -
Xankəndidəki separatçı-terrorçu rejim təcili toplantı keçirib.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, məqsəd İrəvana etiraz etmək və "status” iddiasının gündəmdən çıxmasına imkan verməməkdir. 

Onun sözlərinə görə, sözügedən prosesdə Araik Arutyunyan da yeni "siyasət”lərini elan edib: "İrəvandan imtina, Moskvaya sığınma”:

"O deyib ki, hazırda de-fakto "müstəqilliklərini” qorumalı, buna de-yure nail olmağa çalışmalıdırlar. Əlavə edir ki, üç seçimləri var: 

"Müstəqillik”; Ermənistana birləşmə; Rusiya ilə birbaşa formatda münasibətlər qurmaq. Baş separatçı "mövcudluq” üçün xüsusilə üçüncü seçimin üzərində dayanır. Proseslər Xankəndidəki separatçı-terrorçu rejimin Moskvaya müraciət edəcəyi ehtimalını ön plana çıxarır: "müstəqilliyi” tanımaq, yaxud "Rusiyaya birləşmək”. Düz məntiq üzrə hər iki mümkün müraciətin Rusiya tərəfindən qəbul edilməsi ehtimalı azdır. Birincisi, Moskva "Qarabağın "müstəqilliyini” Ermənistan belə tanımır” mövqeyindən çıxış edir. İkincisi, "Rusiyaya birləşmək” həm coğrafi baxımdan mümkünsüzdür, həm də post-sovet məkanındakı digər separat bölgələrdən fərqli olaraq, Moskvanın burada "əsası” zəifdir: "rus icması” kartı ortaya atılsa da, Əliyevin dərhal müdaxiləsi ilə dondurulduğu görünür”.
 
Ekspert deyib ki, bütün bunlarla yanaşı, Qərblə körpüləri yandıran Rusiya Türkiyə və Azərbaycan faktorunu nəzərə alır:

"Qarabağda Azərbaycanın suverenliyinə qarşı açıq oynamaq Cənubi Qafqazda Rusiyanın da maraqlarının nəzərə alındığı şəraiti kökündən dəyişdirə bilər. Əliyevin 22 fevral tarixində Moskva gedişi də Qarabağda Donbas ssenarisinin təkrarlanması təhlükəsini neytrallaşdırmaq idi. Bakı risklərə qarşı siyasi və hərbi müstəvidə önləyici tədbirlər görür.  Real görünən risk Rusiyanın separatçıların mümkün "müraciəti”ndən öz maraqlarını təmin etmək üçün Azərbaycana qarşı təzyiq kartı kimi istifadə edə biləcəyidir. Hərçənd, xüsusilə Ukraynaya hücum Kremldə son günlər düz məntiqin zəif işlədiyini, yaxud işləmədiyini də göstərir və bu, risklərin proqnozlaşdırılmasını çətinləşdirir. Bu situasiyada yeganə yol separatçılara qarşı bütün rıçaqların işə salınması görünür”.

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Prezident xarici borcun həcmini AÇIQLADI

"Sizə deyə bilərəm ki, bu ilin dörd ayının nəticələri ümumi olaraq perspektivlidir. Bizim iqtisadiyyat 7,2 faiz artmışdır”.   Sfera.az xəbər verir ki, bu...

“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA

"Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması xəbərini məmnunluq hissi ilə qarşıladım. Bu cür önəmli və məsuliyyətli posta gənc bir kadrın təyin...

Azərbaycan Prezidenti israilli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul edib. ...

Prezidentdən 5 milyonluq SƏRƏNCAM

Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Təhsil Nazirliyinə 5 milyon manat ...