Xankəndidə evini satan erməni: “Gələcəkdə burada yaşamağın necə olacağı bəlli deyil” - VİDEO
15:24 / 17.08.2021
1594
Xankəndidə yaşayan ermənilərin əksəriyyəti evlərini satıb, şəhəri tərk edirlər. Çoxları Ermənistana geri dönür. Səbəb kimi isə Rusiya sülhməramlılarının Qarabağı gec-tez tərk edəcəkləri göstərilir.
Sfera.az bildirir ki, BAKU.TV-nin əməkdaşı Sevak adlı erməni ilə əlaqə saxlayaraq məlumatların həqiqət olub-olmadığını dəqiqləşdirməyə çalışıb.
Sevak Xankəndidə Alek Manukyan küçəsində üçotaqlı mənzilini satışa çıxarıb. Qiymət isə 60 min dollardır. Elanda bildirilir ki, mənzil əşyaları ilə birlikdə satılır.
Elanlara yerləşdirilən təmirli mənzillərin şəhərin mərkəzində yerləşməsinə, həmçinin qiymətdə kifayət qədər endirim edilməsinə baxmayaraq, onlara alıcı tapılmır. Məsələn, elə əlaqə saxlanılan Sevak artıq bir neçə aydır ki, mənzilini satışa çıxarıb, lakin alan yoxdur.
Ətraflı sözügedən süjeti təqdim edirik: