Xaçmazlı gənc bir yumurtanı 29 manata satır - VİDEO

Xaçmazlı gənc bir yumurtanı 29 manata satır - VİDEO
Xaçmazlı gənc bir ədəd yumurtanı 29 manata satır. Amma bunlar düşündüyünüz adi yumurtalardan deyil.

Sfera.az "Azərtac"a istinadən xəbər verir ki, Xaçmaz şəhər sakini Fərmayıl Əhmədov qeyri-adi bacarığı ilə diqqət çəkir. 26 yaşlı gənc toyuq, qaz, ördək və başqa quşların yumurtalarından istifadə etməklə müxtəlif suvenirlər hazırlayır.

Fərmayıl bildirib ki, əl işləri sadə görünsə də, bir suvenirin hazırlanması üçün bəzən iki-üç gün vaxt sərf edir. Yumurtanın qabığı zərif olduğundan diqqətlə və səbirlə çalışmaq lazımdır. Suvenir hazırlamaq üçün əvvəlcə yumurtanın içərisi boşaldılır. Bunun üçün yumurtanın hər iki tərəfindən kiçik deşiklər açılmalıdır. İçərisindəki maye süzüldükdən sonra yumurtanın üzərinə eskiz çəkilmiş kağız yapışdırılır. Ya da eskiz birbaşa qabığın üzərinə çəkilir. Bundan sonra yumurtanın qabığı manikür üçün istifadə olunan xüsusi avadanlıqla oyulur. Üzərində bir-birindən gözəl naxışlar yaranan yumurta diqqətçəkən suvenirə çevrilir. Amma iş bununla tamamlanmır. Son mərhələdə hazır suvenir xüsusi maddə ilə yuyulur ki, bu da əl işinin möhkəmliyini və bakteriyalardan qorunmasını təmin edir.

Gənc oğlan satış bazarını genişləndirmək və əl işlərini dünyaya tanıtmaq istəyir. Onun əl işlərinin ilk müştəriləri əcnəbi vətəndaşlar olub. Əvvəllər suvenirləri yalnız hədiyyə edən Əhmədov indi bacarığından gəlir qazanmağa başlayıb.

Azərbaycan Texniki Universitetinin məzunu olan gənc istedadın sözlərinə görə, ölkəmizdə belə suvenirləri ondan başqa hazırlayan yoxdur. Bu işi internet vasitəsilə öyrənib. Əvvəllər həvəskar şəkildə bu işlə məşğul olsa da, son 3 ildə əl işlərini daha da təkmilləşdirib. Yumurtadan hazırlanan əl işləri içərisində gecə işıqları daha çox diqqət çəkir.

Oyma sənətinə böyük marağı olan Fərmayıl kiçik ağac lövhələrdən də suvenirlər hazırlamağı bacarır.

Gənc istedad bir neçə dəfə Bakı şəhərində, eləcə də, bölgələrdə təşkil olunan dekorativ tətbiqi sənət nümunələrinin sərgisində iştirak edib.



OXŞAR XƏBƏRLƏR

İsmayıllıda kənd sakini fermaya girəndə heyrətləndi - VİDEO

İsmayıllı rayonunun Tircan kəndində maraqlı hadisə baş verib. Kənddə maldarlıqla məşğul olan kənd sakini Əzim Həsrətov səhər saatlarında heyvanları ö...

Gimnast elə hərəkətlər etdi ki... - VİDEO

Onun aktobatik şousunu qışqırıqlarla izləyiblər Amerikalı gimnast etdiyi hərəkətləri ilə hər kəsi heyrətə salıb. İstiPress-in məlumatına görə, Ketlin Ohaş...

Azyaşlının qol sevinci sosial şəbəkələri fəth etdi - VİDEO

Sevimli komandasına azarkeşlik edən uşağın videosu sosial şəbəkələrdə iki milyona yaxın baxış sayı toplayıb. Videoçarx "Sportbible” Twitter səhifəsində dərc ol...

Tramp arvadından boşanan "Amazon" rəhbərinə bunları arzuladı - VİDEO

Amerika lideri Donald Tramp "Amazon" şirkətinin həyat yoldaşı Makkenzi ilə ayrılacağını bəyan edən təsisçisi Ceff Bezosa uğurlar arzu edib. Bu b...

Azərbaycan filmində biabırçı görüntülər – VİDEO

Azərbaycanda çəkilən kommersiya filmlərini çəkənlər  açıq-saçıq görüntülər ilə yaddaşlarda qalmaq istəyirlər.     Sfera.az  xəbər verir ...

Leyla Əliyevadan Yeni İl təbriki

  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib. Sfera.az "Big.az"a istinadən xəbər veri...