“WhatsApp” 15 Maydan sonra müqavilə qəbul etməyən istifadəçilərə nələrin baş verəcəyini açıqlayıb

“WhatsApp” 15 Maydan sonra müqavilə qəbul etməyən istifadəçilərə nələrin baş verəcəyini açıqlayıb
Dünyanın ən populyar mesajlaşma xidməti olan "WhatsApp” 15 may 2021-ci ildən sonra yenilənmiş gizlilik siyasətini hələ də qəbul etməyən istifadəçiləri gözləyən təhlükələri açıqlayıb. Şirkət hesabları silməyəcəyini qəti şəkildə bildirsə də, istifadəçilərə qarşı ‘hədə’ siyasəti tətbiq etdiyi görünür.

"Facebook” platformasında fəaliyyət göstərən populyar mesajlaşma xidməti olan "WhatsApp”ın, şərtlərinin dəyişdiyini açıqlaması geniş reaksiyalara səbəb olub. Bu ilin əvvəlində yeni məxfilik siyasətini elan edən şirkət, istifadəçilərə bu yenilənmiş qaydaları qəbul etmək üçün müraciət göndərərək, onlara 8 Fevrala qədər bir müddət təyin etmişdi.
 



Sonradan şirkət bu müddəti 15 may tarixinə qədər uzadıb.Şirkətin son açıqlamasına görə, müəyyən edilən son tarixdən sonra da müqaviləni qəbul etməyənlər davamlı olaraq bununla bağlı elanı görməli olacaqlar. Sonrakı mərhələdə bu müraciət daimi xarakter alacaq və istifadəçilər artıq söhbət siyahısına daxil ola bilməyəcəklər. Yalnız daxil olan telefon və video zənglərə cavab vermək mümkün olacaq.


Bir neçə həftəlik məhdudiyyətlərdən sonra istifadəçilər artıq daxil olan zəngləri və bildirişləri görə bilməyəcək və  "WhatsApp” həmin istifadəçiyə mesaj göndərməyi, zəng etməyi qadağan edəcək.

Nəticədə, istifadəçilər iki seçimlə üz-üzə qalacaqlar: Onlar ya "WhatsApp”ı silib yeni bir tətbiqə keçməli, ya da "WhatsApp”ın məxfilik şərtlərini qəbul etməlidirlər.

WhatsApp tərəfindən tətbiq olunanan bu qadağa siyasətinin istifadəçilərin qərarlarına necə təsir göstərəcəyini yaxın günlərdə görə biləcəyik.

Busaat.az

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...