Votsap kriptovalyuta köçürmələrinə icazə verəcək

Votsap kriptovalyuta köçürmələrinə icazə verəcək
Votsap tətbiq daxilində kriptovalyuta köçürmələrinə icazə verəcək.

Sfera.az xəbər verir ki, tətbiq ilk olaraq ABŞ-da istifadə olunacaq.

Hazırda məhdud sayda istifadəçiyə xidmət göstərən tətbiqlə kriptovalyuta köçürmələri anında və pulsuz həyata keçirilə bilər.

Kriptovalyuta köçürmələri "Meta”nın ana şirkəti olan Feysbuk və Votsapın rəqəmsal pul kisəsi tərtibatçısı "Novi” tərəfindən həyata keçirilir.

Votsapın rəhbəri Vill Katkart bildirib ki, "Novi” insanlara kriptovalyutaları anında, təhlükəsiz və pulsuz köçürməyə kömək edəcək.

Tətbiq daxilində kriptovalyuta köçürmələri ABŞ dollarına bağlanmış kriptovalyuta olan "Pax Dollars” ilə həyata keçiriləcək.

"Novi” saytında verilən məlumata görə, köçürmə funksiyası fotoşəkillər, xəritələr və sənədlərin göndərilməsi kimi işləyəcək.
 
(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...