Vilayət Eyvazov Bəxtiyar Hacıyevi qəbul etdi - ARAŞDIRMALAR APARILACAQ

Vilayət Eyvazov Bəxtiyar Hacıyevi qəbul etdi - ARAŞDIRMALAR APARILACAQ
İctimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında aprelin 21-də naməlum şəxslər tərəfindən qaçırıldığını yazıb.

Sfera.az-ın məlumatına görə, o bildirib ki, evə getmək üçün M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində avtomobilimə yaxınlaşanda zibil qablarının arasından bir nəfər ona hücum edib:

"Bu anda 4 nəfər qara maskalı şəxs məni zorla maşına əyləşdirərək, başıma qara torba keçirərək məni naməlum istiqamətdə apardılar.
Torbanın üzərindən yapışqan lentlə gözlərimi, əllərimi bağlayıb, ətrafdakı səsləri eşitməməyim üçün qulağıma torbanın üstündən qulaqlıqlar yerləşdirib, gözlərimi və qulaqlarımı var gücləri ilə sıxmışdılar”.

B.Hacıyev həmin şəxslərin onu ağır şəkildə təhqir etdiyini vurğulayıb.

Məsələ barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edib:

"Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb”.
 

OXŞAR XƏBƏRLƏR

Metro tunelində qaçan qızlar haqda yeni məlumat - ““TikTok” çəkirdik”

Ötən gün metronun "20 Yanvar” stansiyasında platformadan relslərin üzərinə tullanaraq tunel istiqamətinə qaçan qızlar sərbəst buraxılıb. Sfera.az-ın məlum...

General-leytenanta yeni səlahiyyət verildi - BAŞ NAZİR QƏRAR İMZALADI

Nazirlər Kabinetinin "İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edilib. Sfera.az xəbər verir ki, bununl...

Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Sfera.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafi...

Bu uşaq bezlərinin qiyməti bahalaşdı - SİYAHI

Son iki həftədə uşaq bezlərində qiymət artımı müşahidə olunur. Ümumilikdə bezlərin qiyməti 1-5 manat arası bahalaşıb. Sfera.az uşaq bezlərinin yeni və əvv...

Pensiyası az olanların NƏZƏRİNƏ: Əlavə müavinət təyin olunacaq

Azərbaycanda şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq. ...

DİN-in Mətbuat Xidmətində yeni kadr təyinatı oldu

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni kadr təyinatı olub. Sfera.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovn...