Vətən Müharibəsi Qəhrəmanının qızından təsirli çıxış - VİDEO

Vətən Müharibəsi Qəhrəmanının qızından təsirli çıxış - VİDEO
Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin qızı Pəri Nudirəliyeva təsirli çıxışı ilə izləyənləri kövrəldib.

Sfera.az xəbər verir ki, tədbirlərin birində çıxış edən şəhid qızı bunları deyib:

"Mənim atam çox sevdiyi Vətəni uğrunda şəhid oldu. O, Qarabağın azad olunmasını bəlkə də hər şeydən çox arzulayırdı. Təəssüf ki, bu böyük zəfəri görə bilmədi. Lakin mən Zəfər Günü ona deyə bilmədiklərimi burada səsləndirmək istərdim. Ata, mən bilirəm ki, sənin ruhun şaddır. Sənin də iştirak etdiyin bu şərəfli yolda Ali Baş Komandanımızın rəhbərliyi ilə biz qalib gəldik. Artıq Qarabağ azaddır, Şuşa azaddır. Mən fəxr edirəm ki, bu böyük zəfərdə və şərəfli işdə sənin də öz payın var. Sən həmişə istəyirdin ki, mən iqtisadçı olum. Mən sənin arzunu yerinə yetirəcəyəm. Eyni zamanda, bütün Azərbaycan gəncləri kimi cənab Prezidentin bizə olan güvən və etimadını da doğruldacağam”.
 

(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyi azad edilmiş ərazilərdəki vəziyyətlə bağlı məlumat yaydı - FOTOLAR - VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nə...

Şuşada imsak vaxtı azan səsləndirildi - VİDEO

Ramazan ayında imsak vaxtı Şuşadakı Yuxarı Gövhər ağa məscidindən azan səsləndirilib. Sfera.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkədə...

Elmar Məmmədyarov "gəlininiz ermənidir?" sualını belə cavablandırdı - VİDEO

"Övladımın həyat yoldaşının erməni əsilli olması ilə bağlı yayılan məlumatlar düzgün deyil. Onlar Nyu-Yorkda bir yerdə oxuyublar”. Bunu sabiq xarici işlər...

Ukraynada əsir düşən azərbaycanlı tələbə GERİ QAYTARILDI – VİDEO

Ukraynada əsir düşən Azərbaycan vətəndaşı azad olunub. Söhbət Ukraynada təhsil alan və dövlət imtahanı üçün həmin ölkəyə gedən Əziz Bədirxan oğlu Haqverdiyevdən...

“Haber Global”: “Ermənistan Ukraynada istifadə üçün Rusiyaya döyüş təyyarəsi göndərir” - VİDEO

İllərdir Cənubi Qafqazda işğal siyasəti yürüdən Ermənistan indi də Ukraynada Rusiya işğalına dəstək verir. O, döyüş təyinatlı hərbi təyyarələrini və pilotlarını...

Fərrux dağından yeni görüntü - VİDEO

Xəbər verdiyimiz kimi, Xocalının Fərrux kəndi artıq Azərbaycan Ordusunun nəzarəti altındadır. Sfera.az xəbər verir ki, hərbçilərimizin kənd ərazisində old...