"Vaxtilə Berlin divarı var idi, bu gedişlə Kiyev divarı da olacaq!" - ŞƏRH

"Qərb Ukraynaya dəstəyini artırmasa, bu ölkə İkinci Dünya müharibəsi sonrası Almaniyanın aqibəti ilə üzləşə bilər. Yəni Rusiya Dnepr çayı sərhəd olmaqla, yeni bir slavyan dövləti yarada, hətta Kiyevi tən ortadan bölən yeni bir Berlin divarı, əslində isə Kiyev divarı çəkə bilər”.
 
Bu sözləri Rusiyanın Ukraynaya hərbi təcavüzü Qərbin dəstəyinin olmayacağı təqdirdə yaranacaq şəraiti şərh edən politoloq Qabil Hüseynli Sfera.az-a açıqlamasında deyib.
 
Onun sözlərinə görə, Ukrayna xalqının inadlı müqaviməti Kremli daha aqressiv davranmağa vadar edir:
 
"Ukrayna-Rusiya müharibəsi günlərdir davam edir. Qərbin dəstəyi sonrası döyüş əzmi artan Ukrayna xalqı Rusiyaya qarşı inadlı müqavimət göstərir. Proseslərin hazırkı mərhələsi onu deməyə əsas verir ki, rəsmi Kiyev rus işğalı ilə barışmadığı kimi Qərbin dəstəyi ilə Rusiyanı geri çəkilməyə məcur etmək istəyir. 
 
Mövcud vəziyyət Rusiyanın əleyhinədir. Bunu rəsmi Moskvanın son günlər aqressiv hücumları da təsdiq edir. Kreml indiki halda geri çəkilə bilməyəcəyini bildiyi üçün bütün gücü ilə hücumlara dəstək verib ən qısa zamanda Kiyevi təslim olmağa məcbur etmək istəyir”.
 
Politoloq hesab edir ki, Ukrayna müharibəsinin uzanması yekunda bu ölkənin İkinci Dünya müharibəsi sonrası Almaniya kimi iki hissəyə parçalanması ilə nəticələnə bilər:
 
"Rusiya Ukraynanın NATO və Avropa Birliyinə qoşulması ilə razı ola bilməz. Ukrayna da öz növbəsində Donbas, Luqansk, Krımın Ukraynadan alınması ilə razı olmayacaq. Ukraynanın tarixini bilənlərə bəllidir ki, İkinci Dünya müharibəsində faşistlər Ukraynanı bütövlükdə işğal edə bilməmişdi. Aydın məsələdir ki, Rusiya da bunu edə bilməyəcək. Rəsmi Moskva Ukraynanı ya biabırçı məğlubiyyətlə tərk edəcək, ya da bu ölkəni Almaniyada etdiyi kimi iki yerə bölüb yeni bir dövlət yaradacaq”.
 
Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

“Türkiyə İsveç və Finlandiyaya şərt qoyacaq ki...” – Rusiyanın qonşuları kompromisə gedir?

İsveç NATO-ya üzvlük üçün Türkiyəyə heyət göndərib. Finlandiya isə adıçəkilən təşkilata rəsmi qaydada üzvlük üçün çərşənbə günü müraciət edəcək.   Maraql...

“Bu tarixdən etibarən Türkiyənin hərbi bazası Azərbaycanda olacaq” – AÇIQLAMA

"Rusiya nümayəndəsinin BMT-də Azərbaycanı bioloji silahların laboratoriyası qurmaqda ittiham etməsi, Kremlin yeni təzyiq mexanizmdir”.  Sfera.az xəbə...

9 Maydan imtina etməliyik?

Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə bir çox məsələlərə münasibəti dəyişib. Təəssüf ki, bunlardan biri də 9 May – Alman faşizmi üzərində Qələbə g...

ABŞ-Ermənistan müqaviləsi Azərbaycan üçün nə vəd edir? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ABŞ və Ermənistan arasında nüvə əməkdaşlıq sazişi imzalanıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edən ABŞ dövlət kati...

Putin Paşinyanı CƏZALANDIRIR: Ermənistandakı aksiyalar nə ilə nəticələnəcək?

Bir neçə gündür ki, Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları davam edir. Müxalifət nümayəndələri yolları bağlayır, Baş nazir Nikol Paşinyanı satqınlıqda...

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu tarixdə imzalanacaq" – AÇIQLAMA

ATƏT-in Minsk Qrupunun (MQ) Rusiyadan olan həmsədri İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsu...