Vaksin olunmayıb, amma sertifikatı var - Paytaxt sakini qəribə vəziyyətlə üzləşib - VİDEO

Vaksin olunmayıb, amma sertifikatı var - Paytaxt sakini qəribə vəziyyətlə üzləşib - VİDEO
Bakıda ilk dəfə peyvənd üçün poliklinikaya müraciət edən şəxsə vaksin vurulmayib. Səbəb göstərilib ki, ona Beyləqanda birinci doza peyvənd vurulub.

Sfera.az xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxt sakini Samir Əsədov koronavirus əleyhinə peyvənd edilmək üçün onlayn növbə götürüb.

Vaksinasiyanın təyin edildiyi gün Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki 24 saylı şəhər poliklinikasına yaxınlaşanda isə qəribə vəziyyətlə üzləşib. Ona deyilib ki, adı peyvənd olunmuş şəxslərin siyahısındadır. Ona görə də Samir Əsədovun vaksinasiyasından imtina edilib.

Bundan sonra Samir Əsədov aidiyyəti üzrə müraciət edib. O iddia edir ki, heç vaxt Beyləqan rayonunda olmayıb.

Samir Əsədov narahatdır ki, onun adından istifadə edərək kimsə peyvənd olunub. Məsələ ilə bağlı Beyləqan Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın həkimi Ofeliya Salahova bildirib ki, Beyləqan rayonunda peyvənd olunan şəxslə paytaxt sakininin adı və soyadı eyni olub.

Rayon xəstəxanasından bildirilib ki, aparılan araşdırmalardan sonra məlum olub ki, vaksinin vurulduğu Beyləqan sakini Samir Əsədovun ümumiyyətlə şəxsiyyət vəsiqəsi yoxdur. Yalnız doğum haqqında şəhadətnaməsi var. Bildirilib ki, vaksinasiya ilə bağlı qeydiyyat aparanlar onun ad, soyad və ata adını yazarkən sistemdə çıxan şəkilə diqqət etməyiblər. Xəstəxanadan onu da əlavə ediblər ki, yaranmış problem tez bir zamanda həll olunacaq.
 


OXŞAR XƏBƏRLƏR

Vaksin olunmayıb, amma sertifikatı var - Paytaxt sakini qəribə vəziyyətlə üzləşib - VİDEO

Bakıda ilk dəfə peyvənd üçün poliklinikaya müraciət edən şəxsə vaksin vurulmayib. Səbəb göstərilib ki, ona Beyləqanda birinci doza peyvənd vurulub. Sfera....

“Karantin cəriməsini ödəməyənlər axtarışa veriləcək” - DİN

Karantin qaydalarını pozduğu üçün cərimələnən şəxslər cəriməni ödəməsə, axtarışa verilə bilər. Sfera.az xəbər verir ki, bunu "ARB24"ün "Gündəm” verilişinə...

Azərbaycanda qapanmalar olacaq? - AÇIQLAMA

"İyulun 1-dən başlayan toylar Məhhərəmlik ayının daxil olması ilə əlaqədar azalmağa başladı. Toyların sayı təqribən 75 faiz aşağı düşdü".    Sfera...

“Heç kim sizə qadağa qoya bilməz” – Prezident Tahir İmanova - VİDEO

"Bu gün çox şərəfli gün idi ki, o qədər incəsənət xadimlərinin içində bizi də seçib görüşə dəvət etdilər. Prezident bu görüşlə sanki "Planet Parni iz Baku” K...

Bakıda məktəbin tualetinə kamera quraşdırılıb - VİDEO

Bakıda orta məktəbin ayaqyoluna kamera quraşdırılıb. Şagirdlərdən birinin çəkdiyi videogörüntünü Xəzər TV yayımlayıb. Araşdırma zamanı məlum ol...

"Tural Sadıqlı bir qızı Avropaya aparıb, başına oyun açıb, daha sonra onunla evlənib" - VİDEO

Avropada yaşayan siyasi mühacir Qurban Məmmədov canlı yayımda şok faktlar açıqlayıb.   AZXEBER.COM xəbər verir ki, canlı yayıma çıxan Qurban Məmmədov Avr...