Unibank birinci rübün maliyyə nəticələrini açıqladı

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı
"Unibank” KB ASC 2022-ci ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 mart 2022-ci il tarixinə Bankın əməliyyat mənfəəti 3,7 milyon manat təşkil edib. Rüb ərzində qazanılmış faiz gəlirləri 37 milyon manatı ötüb, qeyri-faiz gəlirləri isə 11 milyon manata çatıb. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 50%, faiz gəlirləri isə 44% artıb.   

Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, birinci rübdə "Unibank”ın aktivlərinın həcmində 36 milyon manat artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 1 milyard 75 milyon manat təşkil edib. Hesabat dövründə Bankın məcmu kapitalı 102 milyon manat olub. 

2022-ci ilin ilk rübü ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hər zaman olduğu kimi bu il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rüb 47% artıb. Rüb ərzində biznes sektoruna ayrılmış kreditlərin məbləği 64 milyon manat təşkil edib. Təkcə dövlət fondları  hesabına maliyyələşən kreditlərin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 1,2 milyon manat olub.   

Ötən rüb ərzində "Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Müddətli depozitlər ilk rübdə 11 milyon manat artaraq, 31 mart 2022-ci il tarixinə 470 milyon manat təşkil edib. 
Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu sahəyə öz töhfəsini verib. 2022-ci ilin ilk rübü ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. 2021-ci ilin sonu ilə müqayisədə bu ilin birinci rübünün sonunda təkcə Visa və Mastercard debet kartları 46 % artaraq 770 mini keçib. 

Ötən ilik ilk 3 ayına nəzərən, Unibank kartları ilə nağdsız dövriyyə bu ilin ilk 3 ayında 3 dəfədən çox artıb. Belə ki, ötən ilin ilk 3 ayında nağdsız dövriyyə 92,4 milyon manat olduğu halda bu ilin eyni dövründə 338,3 milyon manat təşkil edib.

Ölkə əhalisinə məsafədən bank xidmətinin göstərilməsini daha da zəruri edən bir dövrdə "Unibank”ın UBank tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır. İlin sonunda UBank mobil əlavəsinin istifadəçi sayı 1,4 milyona çatıb. Ötən ilin uyğun dövrü ilə müqayisədə bu ilin birinci rübündə mobil tətbiq vasitəsilə aparılan əməliyyatların həcmi 2 dəfə artıb. 
Unibank-Sənin Bankın!

 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...