Ukraynada azərbaycanlı ailənin 3 üzvünün öldürüldüyü hadisə yerindən - ANBAAN VİDEO

Ukraynada azərbaycanlı ailənin 3 üzvünün öldürüldüyü hadisə yerindən - ANBAAN VİDEO
Ukraynanın Xerson şəhərində yaşayan azərbaycanlı ailə faciə ilə üzləşib.

Sfera.az xəbər verir ki, hadisə yerindən dəhşətli görüntülər baku.ws-in "qaynar xətt"inə daxil olub. Videoda aviazərbələrə məruz qalmış Natalya Fərzəliyevanın idarə etdiyi avtomobil görünür. Ürəyi zəif insanların videoya baxmamağı məsləhət görülür. 

Xatırladaq ki, əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı Xerson şəhərinə endirilən aviazərbələr nəticəsində dünyasını dəyişib.

Qoşqar Fərzəliyevin yaxınları bildiriblər ki, onun qızı Sabina və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər yol getdikdən sonra onların olduğu avtomobil aviazərbəyə məruz qalıb.

Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub.

Q.Fərzəliyev həmin vaxt orada olmayıb.

Qeyd edək ki, Sabina Fərzəliyeva ötən il universiteti bitirib, qardaşı Zaur isə tələbə idi. Onlar Ukrayna vətəndaşları olublar.
 


OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Abramoviçin danışıqlarda iştirak etməsinə MÜNASİBƏT

"Roman Abramoviç Ukrayna ilə danışıqlara Rusiya nümayəndə heyətinin bir üzvü olaraq qatılıb”. Sfera.az "CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyə ...

İşğaldan azad olunan İrpen şəhəri - VİDEO

Rusiya işğalından azad olunan Ukraynanın Kiyev vilayətinin İrpen şəhərinin görüntüləri yayılıb. Sfera.az xəbər verir ki, görüntüləri "Ukrainska pravda” nə...

Azərbaycanda yeni qadağa tətbiq ediləcək - VİDEO

Mağazalarda bəzən qablaşdırmanın üzərində müalicəvi əhəmiyyətindən və faydalarından söz açılan məhsullarla rastlaşırıq. Sfera.az İTV-yə istinadən xəbər ve...

Aparıcını şillələdiyinə görə “Oskar”ı əlindən alına bilər

Los-Ancelesdə keçirilən 94-cü "Oskar” kino mükafatının təqdimetmə mərasimində alopesiyadan (keçəlləşmə) əziyyət çəkən həyat yoldaşı Cada Pikett-Smiti lağa qoyan...

Ermənilər qadınlarından müharibə vaxtı belə istifadə edib - VİDEO

Vətən Müharibəsi zamanı Ermənistan hökuməti orduda ruh yüksəkliyini artırmaq və fərarilik hallarının qarşısını almaqdan ötrü qadınlara hərbi forma geyindirərək ...

Putinin son bir aydakı dəyişikliyi - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladıqdan sonrakı bir ayda zahirən dəyişib. Sfera.az xəbər verir ki, bu barədə...