Ukrayna-Rusiya münaqişəsinin gözlənilən NƏTİCƏSİ - Üçüncü dünya müharibəsi astanada? - Şərh

Ukrayna-Rusiya münaqişəsinin gözlənilən NƏTİCƏSİ - Üçüncü dünya müharibəsi astanada? - Şərh

"XX əsrin yeni nizamının qurulması müharibə ilə başladığı üçün XXI əsrin nizamının da Üçüncü Dünya müharibəsi ilə olması mümkündür”.

 

Bunu Rusiya-Ukrayna müharibəsinin fonunda digər ölkələr arasında da yaranan gərginlikləri şərh edən siyasi şərhçi Asif Nərimanlı Sfera.az-a açıqlamasında deyib.

 

O, bildirib ki, Rusiyanın Ukraynada işğalçılıq müharibəsinin əsas hədəflərindən biri böyük tabloda yeni nizamın formalaşmasının bir hissəsidir.

 

"Bu prosesdə Qərb-Rusiya ikilisinin toqquşan, bəzən də uzlaşan maraqları ola, yaxud qarşıdakı dövrdə yeni şərtlərlə ortaya çıxa bilər. Lakin Baydenin Üçüncü Dünya müharibəsi olmaması üçün sanksiyaları işə saldıqları haqda açıqlaması göstərir ki, Qərb Ukraynada buna getmək istəmir, yaxud indi getmir”.

 

Şərhçi qeyd edib ki, Finlandiya və İsveçin NATO-ya üzvlüyü böyük toqquşma şəraiti yarada bilər:

 

"Ukraynadan fərqli olaraq, bu ölkələrin ittifaqa üzvlüyü imkanı daha genişdir və Rusiya artıq bununla bağlı xəbərdarlıq edib”.

 

"Ukrayna müharibəsinin II Dünya müharibəsindən sonrakı sistemi başqa formada meydana çıxara biləcəyi ehtimalı da ayrı mövzudur. İndi əsas məsələ Ukraynanın işğalçının üzərində qələbəsi, ən azından Putinin istəyinə nail olmasının qarşısını almasıdır”, - deyə A. Nərimanlı qeyd edib.

 

Qeyd edək ki, ötən gün Çin Xalq Azadlıq Ordusuna aid 8 döyüş təyyarəsi Tayvanın "Hava Hücumundan Müdafiə Müəyyənləşdirmə Bölgəsi” elan etdiyi əraziyə daxil olub. Bundan başqa, Yaponiya Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Hideki Uyamanın Yaponiya parlamentində müzakirələr zamanı "Rusiya Kuril adalarının cənub hissəsini işğal edib, bu da Ukraynaya hücum kimi beynəlxalq hüquqa ziddir” deyib. Bununla da, Ukrayanın ardınca "Tayvan” və "Kuril adaları” münaqişələrinin də də aktiv mərhələyə keçmə ehtimalı müzakirə edilir.

 

Turan Rzayev

 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA

"Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması xəbərini məmnunluq hissi ilə qarşıladım. Bu cür önəmli və məsuliyyətli posta gənc bir kadrın təyin...

Baydenin son qərarı Rusiyanı diz çökdürəcək? - "Yayda qanlı döyüşlər gözlənilir..."

ABŞ prezidenti Co Bayden dünən "Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı"nı imzalayıb. Beləliklə, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizə...

Putin “Qırmızı meydan”da nə deyəcək? - AÇIQLAMA

"Ukraynanın işğalı planı Rusiyanın istədiyi kimi getmir, hətta A planını – Kiyevi tutmağı - bacarmayan ruslar B planına - Donbası tamamilə zəbt etməyə də tam na...

Qriqoryanın son bəyanatı nəyə hesablanıb? – AÇIQLAMA

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakıdan  Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istədiyini açıqlayıb.  Qarabağ mü...