Ukrayna MN: Şərqdə döyüşlər şiddətlənir, Rusiya ümumi səfərbərlik elan edə bilər

Ukrayna MN: Şərqdə döyüşlər şiddətlənir, Rusiya ümumi səfərbərlik elan edə bilər
Rusiya qoşunları Ukraynanın şərqində hücum əməliyyatlarının intensivliyini artırır.

Sfera.az xəbər verir ki,bu barədə Ukrayna Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Aleksandr Motuzyanik keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, əsas əməliyyat aktivliyi Slobojanske və Donetskdə müşahidə edilir.

Aleksandr Motuzyanik vurğulayıb ki, Rusiya qüvvələrinin əsas hədəfləri dəyişməz olaraq qalır və bu, Ukrayna müdafiə qüvvələrinin bölmələrinin mühasirəyə alınması, Donetsk, Luqansk və Xersonun tam nəzarətə götürülməsi və işğal altındakı Krıma quru yolunun sabitliyinin təmin edilməsidir.

O əlavə edib ki, Rusiya tərəfinin döyüşlərin daha da intensivləşdirilməsinə hazırlığına dair əlamətlər var.

Ukrayna MN Rusiya ərazisində ümumi səfərbərliyin elan edilməsinin mümkünlüyünü də istisna etməyib: "Düşmən qısa müddətdə öz planlarına nail ola bilməsə, bu cür ssenari tamamilə mümkündür, biz bunu istisna etmirik”.//Apa
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...