Ukrayna B planını işə salır: Döyüşlər Rusiya ərazisinə keçir - "Yaxın günlərdə..."

Ukrayna B planını işə salır: Döyüşlər Rusiya ərazisinə keçir -
Böyük Britaniyanın silahlı qüvvələr naziri Ceyms Hippi dünən "Times radio”ya müsahibəsində deyib ki, Ukraynanın Rusiyadakı obyektlərə hücumu tamamilə legitimdir. 

"Ukrayna rəqibin logistika xətlərinə, yanacaq ehtiyatlarına, sursat anbarlarına, dərinliyindəki obyektlərə zərbə endirməlidir. Bu, müharibənin bir hissəsidir”, - deyə nazir söyləyib. Krallığın müdafiə naziri Ben Volles isə vurğulayıb ki, Böyük Britaniya Ukraynanın Qərbin silahı ilə Rusiya ərazisinə hücumuna qarşı çıxmayacaq.

Maraqlıdır, döyüşlərin Rusiya ərazisinə keçməsi mümkündürmü? Qərbin bu fikirləri səsləndirməkdə məqsədi nədir?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov vurğulayıb ki, Böyük Britaniya müharibədə Ukraynanın yanında yer tutan ən güclü dövlətdir və onun qalib çıxması üçün indiki şəraitdə əlindən gələn bütün imkanlardan istifadə edir:

"Baş Nazir Boris Consonun müharibə davam etdiyi halda, digər dövlət rəhbərlərinə nümunə göstərərək Kiyev şəhərinə gəlməsi Ukraynaya verilən dəstəyin bariz nümunəsidir. Məhz bu səfərdən sonra Amerika və Avropa emissarlarının Kiyevə səfərləri daha tez-tez təşkil olunmağa başladı. Ukrayna tərəfindən Rusiya ərazisindəki hərbi obyekt, logistika xətləri, yanacaq ehtiyatları və sursat anbarlarına zərbə endirilməsinə gəlincə isə, bu prosesin artıq başlanması haqqında məlumatlar alırıq və bu qaçılmazdır. Rusiya ordusu Ukraynadakı az qala bütün hərbi obyektləri yerlə bir etdiyi halda, nədən Ukraynanın eyni taktikadan istifadə etməsi  qeyri-qanuni olmalıdır?  Yaxud Rusiyanın zəifləyərək hərbi cəhətdən hücum əməliyyatlarını həyata keçirmək qabiliyyətinə malik olmayan ölkə vəziyyətinə düşməsinə çalışan Qərb nədən Ukraynanın Rusiya ərazisində hərbi əməliyyatlar aparmasının qarşısını almalıdır? Qərb Ukraynaya silah verərkən onun qarşısında heç bir şərt qoymur. Ukrayna bu silahlardan Rusiyanın istənilən hərbi obyektinə qarşı istifadə etməkdə azaddır”.

Müsahibimiz bildirib ki, Ukrayna qoşunlarının Rusiyanın ərazisindəki obyektlərə zərbələr endirməsi mərhələli şəkildə həyat keçiriləcək:

"Getdikcə bu hücumların artmasının şahidi olacağıq. Ukrayna ordusunun qarşısında duran əsas məqsəd öz torpaqlarını Rus aviasiya və raketlərinin hücumundan qorumaq və Mariopolda mühasirədə olan hərbçiləri oradan çıxarmaqdır. Bu vəzifə yerinə yetirildikdən və Qərb dövlətlərinin hazırladığı ağır hücum silahlarının Ukrayna ordusunun əlinə keçməsindən sonra biz Rusiyanın artıq dərinliklərində yerləşən hərbi obyektlərdə baş verən yanğın və partlayışların şahidi olacağıq. Bu hücumlar da Ukraynanın Rusiyaya qarşı B planının işə düşməsini xəbər verəcək.

Qeyd etmək lazımdır ki, Belqorod və Kursk kimi Rusiya ilə Ukrayna sərhədində yerləşən hərbi obyektlərdə yanğın və partlayışların olması haqqında rəsmi məlumatlar gəlməkdədir. Rusiya tərəfi bu partlayışların Ukrayna hərbi hava qüvvələri tərəfindən törədildiyini hələlik təsdiq etməyə tələsmir və gizlətməyə çalışır. Amma yanğın və partlayışların sayı artdıqca onlar əsil həqiqəti deməyə məcbur olacaqlar. Ukraynanın bu istiqamətdə ehtiyatlı davranmasının bir səbəbi də Rusiyanın əlində olan son vasitəni işə salacağı qorxusudur. Artıq Rusiyanın hakim dairələri tərəfindən Ukrayna və Qərb dövlətlərinə qarşı nüvə silahının işə salına biləcəyi haqqında xəbərdarlıqlar da tez-tez eşidilməyə başlayıb. Rusiya şəhərlərinin birdən-birə intensiv raket zərbələrinə məruz qalması onu xəbərdarlıqdan fəaliyyətə keçirə bilər”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA

"Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması xəbərini məmnunluq hissi ilə qarşıladım. Bu cür önəmli və məsuliyyətli posta gənc bir kadrın təyin...

Baydenin son qərarı Rusiyanı diz çökdürəcək? - "Yayda qanlı döyüşlər gözlənilir..."

ABŞ prezidenti Co Bayden dünən "Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı"nı imzalayıb. Beləliklə, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizə...

Putin “Qırmızı meydan”da nə deyəcək? - AÇIQLAMA

"Ukraynanın işğalı planı Rusiyanın istədiyi kimi getmir, hətta A planını – Kiyevi tutmağı - bacarmayan ruslar B planına - Donbası tamamilə zəbt etməyə də tam na...

Qriqoryanın son bəyanatı nəyə hesablanıb? – AÇIQLAMA

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakıdan  Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istədiyini açıqlayıb.  Qarabağ mü...