Türkmənistan Prezidenti Mikayıl Cabbarovu qəbul etdi

14:00 / 11.05.2022
1094
Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Aşqabadda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
O vurğulayıb ki, Azərbaycan və Türkmənistan müasir infrastrukturundan istifadə edərək müxtəlif dövlətlərə tranzit xidmətləri göstərir. Bu fakt regionlararası və ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edir. Görüş zamanı enerji sahəsində əməkdaşlığın artırılmasının zəruriliyi məsələsi də müzakirə edilib.
Tərəflər həmçinin qeyd ediblər ki, nazirlik və idarələrin, işgüzar dairələrin nümayəndələrinin mütəmadi görüşləri, davam edən genişmiqyaslı birgə forumlarda iştirak Türkmənistan-Azərbaycan dialoqunun möhkəmlənməsinə xidmət edir.