Türkiyəli diplomatı öldürən Sasunyan İrəvanda saxlanıldı - FOTO
11:52 / 05.05.2022
1084
ASALA terror təşkilatının üzvü Hambik Sasunyan Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyası zamanı saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı hüquq müdafiəçisi Ruben Melikyan sosial şəbəkədə məlumat yayıb.
Xatırladaq ki, Hambik Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanı qətlə yetirib və 1984-cü ildə ömürlük azadlıqdan məhrum edilib. O, 2021-ci ildə həbsdən azad edilib və Ermənistana geri dönüb.