Türkiyədə növbəti partlayış: yaralılar var
Dünya
10:46 / 22.04.2016
1982
PKK terror təşkilatının üzvləri Türkiyənin Tunceli vilayətində növbəti terror aktı törədiblər.
Sfera.az "Sabah"a istinadən xəbər verir ki, terrorçular yol kənarına yerləşdirdikləri minanı hərbi texnika keçdiyi zaman partladıblar. Partlayış Tunceli - Elazığ magistral yolunun 25 kilometrliyində baş verib. İlkin məlumata görə, yaralılar var.
Partlayışdan sonra hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları cəlb edilib.