Türkiyə sərhədində rus generallar öldürüldü

Türkiyə sərhədində rus generallar öldürüldü

Generallar yeni planlar barədə müzakirələr apararkən basqına məruz qalıblar.

Suriyanın Türkiyə sərhədində yerləşən Türkməndağı bölgəsində Rusiya ordusunun generalları

 oldürülüb. ANS PRESS-in məlumatına görə, Rusiya və Bəşər Əsəd rejiminin generallarının keçirdiyi 

toplantıya hücum edilib.


Belə ki, generallar axşam saatlarında baş tutan toplantıda bölgədə həyata keçirilən hücumların son 

vəziyyəti və yeni planlar barədə müzakirələr apararkən basqına məruz qalıblar.


Anadolu agentliyinin verdiyi məlumata görə, Duveyrik və Selma bölgələri arasında olan məkanda

 keçirilən toplantıya yüksək rütbəli generallar qatılıb.


Müxalif qüvvələrin etdiyi basqında 4-ü rus, 4-ü rejim generalı və 15 əsgər öldürülüb. Ölən rus 

generallardan birinin Türkməndağındakı hücumları koordinasiya edən, "Yuri" ləqəbli 

general-leytenent olduğu bildirilir. Digər rus hərbçilərin isə general-mayor olduğu müəyyən edilib.


Basqın zamanı öldürülən rejim generallarının dördünün də rütbəsi general-mayordur. Rusiya 

isə Suriya tərəfi hücumla bağlı hələlik heç bir məlumat yaymayıb.



Türkməndağında basqın edilən bölgə

Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya hərbi aviasiyasına

 məxsus qırıcılar Suriya ərazisində hərbi əməliyyatlara başlayıb. Əməliyyat öncəsində 

bununİŞİD-ə qarşı mübarizə olduğu bildirilsə də daha sonra rus qırıcılarının Əsəd 

rejiminə qarşı olan dinc əhalini bombardıman etdiyi iddia olunmuşdu. 


Rusiya qırıcıları Türkiyə ilə həmsərhəd türkmən ərazilərini də bombardıman edir. 

Qırıcılar əsasən türkmənlərin kompakt yaşadığı bölgələrə zərbələr endirir.


Suriya dövləti ərazisində əsasən türkmənlərin yaşadığı Yamadi, Salur və Ceptoros

 bölgələrini Rusiya qırıcılarının bombardman etməsi nəticəsində minlərlə insan

 yaşadığı yeri tərk edərək Türkiyə sərhədinə üz tutub.


Türkməndağındakı partlayış səsləri Türkiyənin Hatay şəhərinin Yayladağı rayonunda da eşidilir.

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...