Türkiyə ilə Şuşa, Rusiya ilə Moskva bəyannaməsi - Bakı mövqeyini daha da gücləndirir

Türkiyə ilə Şuşa, Rusiya ilə Moskva bəyannaməsi - Bakı mövqeyini daha da gücləndirir
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfər çərçivəsində Prezident Vladimir Putinlə görüşəcək. Görüş zamanı tərəflərin Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəyi gözlənilir. Görüşün ən diqqət çəkən məqamı isə Putin və Əliyev arasında danışıqların yekununda müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanmasıdır.
 
Bakını Moskva bəyannaməsini imzalamağa nə vadar edir?

Əvvəla, onu qeyd edim ki, düşünülənin əksinə Prezident İlham Əliyevin Rusiyaya səfəri gözlənilməz deyil, əksinə uzun müddətdir hazırlanan səfərdir. Hələ 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalanarkən oxşar sənədin Azərbaycanla Rusiya arasında da imzalanması gözlənilirdi. Yəni bununla bağlı iş 2021-ci ilin əvvəlindən başlayıb.
 
Prezident İlham Əliyev hələ 2021-ci ilin sonunda, xalqa Yeni il müraciətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi. Digər tərəfdən səfər öncəsi tərəflərin Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəyi və danışıqların yekununda müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması haqda ilkin informasiyanın yayılması bu səfərin çox öncədən planlaşdırıldığını sübut edir. Nəzərə almaq lazımdır ki, imzalanacaq sənədin hazırlanması və razılaşdırılması uzunmüddətli iş tələb edir.
 
İndiki məqamda rəsmi Bakının Kremllə "Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”si  imzalamasında konkret maraqları var:

Birincisi, aydın məsələdir ki, hazırda Azərbaycanın əsas müttəfiqi Türkiyədir. Rəsmi Bakı faktiki olaraq Kremlə əsas seçiminin Türkiyə olduğunu, bununla belə illərdir regionda qoruduğu "balans siyasətinə” sadiq qaldığını göstərir. Yəni Azərbaycan tərəfi Kremlə, Moskva Bəyannaməsi ilə hər zaman olduğu kimi bundan sonra da antirusiya cəbhəsində yer almayacağının zəmanətini verir.
 
İkincisi, Azərbaycan bu sənəd ilə hər şeydən öncə Ermənistana böyük zərbə vurmuş oldu. Məsələ ondadır ki, KTMT üzvü olan Ermənistan hər vəchlə başda Rusiya olmaqla, ittifaq ilə Azərbaycanı üz-üzə qoymağa çalışır. Xüsusilə 44 günlük müharibə zamanı biz bunu aydın şəkildə müşahidə etdik. Rəsmi İrəvan faktiki olaraq müharibə zamanı Azərbaycan ərazilərini atəşə tutaraq müharibəni öz ərazisinə çəkmək, bu yolla da  KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndindən istifadə etməyə çalışırdı. Azərbaycan Rusiya ilə "Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”si imzalamaqla faktiki olaraq Ermənistanı bu imkandan tamamilə məhrum etdi.
 
Üçüncüsü, Azərbaycanın Rusiya ilə "Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”sini imzalamaq qarşılığında Kremldən nələrsə gözlədiyi bəllidir. Görüş zamanı tərəflərin Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəyi haqda ilkin məlumatlar verilir. Belə bir nəticəyə gəlmək olar ki, rəsmi Bakı sazişi imzalamaq müqavilində Kremldən Qarabağ məsələsində nələrsə tələb edəcək. Bakının istədiyi yekun sülh sazişinin imzalanmasını sürətləndirə də bilər.
Dördüncüsü, bu müqavilə  Azərbaycanı daha da gücləndirəcək. Məsələ ondadır ki, Türkiyə və Rusiya ilə müttəfiq olmaq, eyni zamanda Avropa İttifaqı ilə ikitərəfli saziş imzalamaq  Azərbaycana regionda daha effektiv xarici siyasət yeritmək imkanı verəcək. Rəsmi Bakı eyni zamanda regionun iki aparıcı ölkəsi ilə müttəfiq olaraq öz təhlükəsizliyini tam olaraq qarant altına almış olacaq.

Bakının Moskva bəyannaməsini imzalaması Ankara ilə münasibətləri korlaya bilər?

Bakının Moskva bəyannaməsini imzalaması Ankara ilə münasibətləri korlamayacaq. Məsələ ondadır ki, Azərbaycanın regionda əsas müttəfiqi Türkiyədir. Hesab edirəm, rəsmi Bakı Rusiya ilə "Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”ni imzalamadan öncə Türkiyə tərəfi ilə müvafiq məsləhətləşmələr aparılıb. Prinsip etibarilə, Azərbaycan ilə Rusiyanın Şuşa Bəyannaməsi bənzəri bir bəyannamə imzalaması Ankaranın da maraqlarına uyğundur. Məsələ ondadır ki, i̇ndiki mərhələdə Azərbaycan NATO üzvü olan Türkiyə ilə Rusiya arasında körpü rolunu oynayır. Azərbaycanın indiki mərhələdə Rusiya ilə də Türkiyə ilə imzalanan Şuşa bəyanatı bənzəri bəyanat imzalaması iki ölkə arasında qurulan ittifaqın Rusiyaya qarşı olmadığını bir daha isbat etmiş oldu.
 
Azərbaycan Kremlin qurmaq istədiyi "ittifaq dövləti” modelinə qoşulur?

Azərbaycanın Rusiya ilə "Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”sini imzalaması rəsmi Bakının Kremlin qurmaq istədiyi "ittifaq dövləti” modelinə qoşulması demək deyil. Hər şeydən öncə bir nüansı qeyd etmək lazımdır ki, rəsmi Bakı Qoşulmama Hərəkatına üzvdür. Yəni Azərbaycan genişçaplı ittifaqlarda yer ala bilməz. Digər tərəfdən Azərbaycanın belə bir niyyəti olsa idi, çoxdan KTMT-yə üzv olardı. Rəsmi Bakı bütün hallarda Qoşulmama Hərəkatının üzvü və sədridir. Təsadüfi deyil ki, 2021-ci ildə QH üzvləri Azərbaycana müraciət edərək, sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş edib, Azərbaycan isə bu təkliflə razılaşıb.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - TAM MƏTN

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Pr...

“Türkiyə İsveç və Finlandiyaya şərt qoyacaq ki...” – Rusiyanın qonşuları kompromisə gedir?

İsveç NATO-ya üzvlük üçün Türkiyəyə heyət göndərib. Finlandiya isə adıçəkilən təşkilata rəsmi qaydada üzvlük üçün çərşənbə günü müraciət edəcək.   Maraql...

İlham Əliyev: "Türkiyə dünya çapında böyük güc mərkəzinə çevrilib" - VİDEO

"Türkiyə bu gün nəinki dünya çapında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində də böyük layihələr icra etməyə qadirdir". S...

İlham Əliyev Türkiyədə - CANLI

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Sfera.az xəbər verir ki, dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hav...

Ceyhun Bayramov Lavrovla görüşdü - FOTO

Düşənbədə Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib. Sfera.az xəbər verir ki, bu barədə məlumat...

“Bu tarixdən etibarən Türkiyənin hərbi bazası Azərbaycanda olacaq” – AÇIQLAMA

"Rusiya nümayəndəsinin BMT-də Azərbaycanı bioloji silahların laboratoriyası qurmaqda ittiham etməsi, Kremlin yeni təzyiq mexanizmdir”.  Sfera.az xəbə...