“Türkiyə əlindən gələn dəstəyi göstərməyə hazırdır” - Ərdoğan

“Türkiyə əlindən gələn dəstəyi göstərməyə hazırdır” - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
 
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
 
Rusiya-Ukrayna böhranının da müzakirə edildiyi telefon danışığı zamanı BMT-nin baş katibi Türkiyə prezidentinə Moskva və Kiyev müzakirələri barədə məlumat verib.
 
Ərdoğan həm təxliyə, həm də humanitar yardım məsələləri ilə bağlı BMT-nin apardığı işlərdə Türkiyənin əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib. Türkiyə prezidenti böhrandan çıxmaq, sülhün bərqərar olması üçün əzm və səmimiyyətlə səylərini davam etdirəcəyini söyləyib.
 
Eyni zamanda, Ərdoğan BMT-nin baş katibi Quterreşi ad günü münasibətilə də təbrik edib.
 

OXŞAR XƏBƏRLƏR

"Boş yerə yorulmasınlar, cavabımız bəllidir" - Ərdoğandan sərt AÇIQLAMA

"Müttəfiqlərimizin həssaslığımızı anlamalarını, hörmət etmələrini və dəstəkləmələrini gözləyirik. Sərhədlərimizi terrora qarşı qorumaq kimi öhdəliyimiz var”. &...

Bakıda güclü YANĞIN - Ölən var - VİDEO + YENİLƏNİB

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.   Fövqəladə Hall...

Türkiyənin “veto qərarı” Qərbi ŞOKA SALDI: Finlandiya ilə İsveç hansı addımı atacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçlə bağlı son açıqlaması dünya mediasında gündəm olub.   Sfera.az bildirir ki, Amerikanın "Wa...

Zelenski azərbaycanəsilli komandiri TƏLTİF ETDİ - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanəsilli hərbçinin təltif olunması barədə sərəncam imzalayıb. Sfera.az-ın xəbərinə görə, bunu Ukraynanın Azərb...

NATO-dan Ərdoğanın çıxışına reaksiya: "Türkiyənin narahatlığı aradan qaldırılmalıdır"

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçlə bağlı açıqlamasına reaksiya verib.   Sfera.az bildir...

Ərdoğandan Qərbə NÖVBƏTİ ŞOK: Qəti mövqeyini elan etdi

Rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq, çünki iki ölkə respublikanın terror təşkilatlarının üzvlükdə şübhəli bilinən şəxslərin e...