Türk ordusu PKK başçısını belə vurdu - VİDEO

Türk ordusu PKK başçısını belə vurdu - VİDEO
Ötən gün Türkiyə ordusu və ölkənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Sincar əyalətində "Kürdüstan birlikləri koalisiyasının” (KBK) region üzrə cavabdehi, Mam Zeki Şenqali ləqəbi ilə tanınan və terrorçuların "qırmızı siyahısına” daxil edilmiş İsmayıl Özdəni məhv edib.

Yayılan videogörüntülərdə Özdənin olduğu avtomobil karvanının İraqın şimalında pilotsuz uçan aparat tərəfindən nəzarətdə saxlanıldığı görünür.

Terrorçu təqibdən qaçmaq üçün başqa avtomobilə minsə də, türk ordusunun yaraqlını məhv etdiyi aydın görünür. 

Agentlik qeyd edir ki, 66 yaşlı İsmayıl Özdən "PKK/KBK-nin icraiyyə komitəsinə” daxil olub.

Keçirilmiş əməliyyat Türkiyənin Hakkari bölgəsində Yüksekova rayonunda PKK terrorçularının qətlə yetirdiyi 11 aylıq Bedirhan Mustafa Karakay və onun anası Nurcan Karakayın şərəfinə adlandırılıb.

 
/Oxu.az

OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Abramoviçin danışıqlarda iştirak etməsinə MÜNASİBƏT

"Roman Abramoviç Ukrayna ilə danışıqlara Rusiya nümayəndə heyətinin bir üzvü olaraq qatılıb”. Sfera.az "CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyə ...

İşğaldan azad olunan İrpen şəhəri - VİDEO

Rusiya işğalından azad olunan Ukraynanın Kiyev vilayətinin İrpen şəhərinin görüntüləri yayılıb. Sfera.az xəbər verir ki, görüntüləri "Ukrainska pravda” nə...

Azərbaycanda yeni qadağa tətbiq ediləcək - VİDEO

Mağazalarda bəzən qablaşdırmanın üzərində müalicəvi əhəmiyyətindən və faydalarından söz açılan məhsullarla rastlaşırıq. Sfera.az İTV-yə istinadən xəbər ve...

Aparıcını şillələdiyinə görə “Oskar”ı əlindən alına bilər

Los-Ancelesdə keçirilən 94-cü "Oskar” kino mükafatının təqdimetmə mərasimində alopesiyadan (keçəlləşmə) əziyyət çəkən həyat yoldaşı Cada Pikett-Smiti lağa qoyan...

Ermənilər qadınlarından müharibə vaxtı belə istifadə edib - VİDEO

Vətən Müharibəsi zamanı Ermənistan hökuməti orduda ruh yüksəkliyini artırmaq və fərarilik hallarının qarşısını almaqdan ötrü qadınlara hərbi forma geyindirərək ...

Putinin son bir aydakı dəyişikliyi - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladıqdan sonrakı bir ayda zahirən dəyişib. Sfera.az xəbər verir ki, bu barədə...