Tramp Londonda, "Körpə Tramp" şarı havada - CANLI YAYIM

Tramp Londonda,
ABŞ prezidenti Donald Tramp ilk İngiltərə səfəri ilə yanaşı Londonda ona qarşı etiraz aksiyaları da davam edir.

Sfera.az xəbər verir ki, paytaxtın Parlament meydanında yığışan etirazçılar 6 metr hündürlükdə, Trampın "Twitter”dən istifadəsinə parodiya kimi əlində mobil telefon tutan, pampersli "Körpə Tramp” şarını havaya qaldırıblar.

London meri Sadıq Xan keçən həftə "Körpə Tramp” şarının parlament üzərində süzməsinə icazə vermişdi. 

"Bələdiyyə sədri sülhməramlı etiraz haqqını dəstəkləyir və bunun fərqli formalarda edilə biləcəyini başa düşür” – Xanın mətbuat üzrə nümayəndəsi belə deyib.

ABŞ prezident Donald Tramp şarın varlığından xəbərdar olduğunu bildirərək, İngiltərənin "Sun” qəzetinə bu sözləri demişdi:

"Mənə arzuolunmaz şəxs olduğumu hiss etdirmək üçün belə şeylər edirlərsə, zənn edirəm Londona getmək üçün bir səbəb yoxdur. Londonu şəhər kimi çox sevirdim. Xeyli vaxtdır Londonda olmamışdım. Amma mənə arzuolunmaz şəxs olduğumu hiss etdirmək istəyirlərsə, niyə orada qalım ki?”

Rəsul
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Abramoviçin danışıqlarda iştirak etməsinə MÜNASİBƏT

"Roman Abramoviç Ukrayna ilə danışıqlara Rusiya nümayəndə heyətinin bir üzvü olaraq qatılıb”. Sfera.az "CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyə ...

İşğaldan azad olunan İrpen şəhəri - VİDEO

Rusiya işğalından azad olunan Ukraynanın Kiyev vilayətinin İrpen şəhərinin görüntüləri yayılıb. Sfera.az xəbər verir ki, görüntüləri "Ukrainska pravda” nə...

Azərbaycanda yeni qadağa tətbiq ediləcək - VİDEO

Mağazalarda bəzən qablaşdırmanın üzərində müalicəvi əhəmiyyətindən və faydalarından söz açılan məhsullarla rastlaşırıq. Sfera.az İTV-yə istinadən xəbər ve...

Aparıcını şillələdiyinə görə “Oskar”ı əlindən alına bilər

Los-Ancelesdə keçirilən 94-cü "Oskar” kino mükafatının təqdimetmə mərasimində alopesiyadan (keçəlləşmə) əziyyət çəkən həyat yoldaşı Cada Pikett-Smiti lağa qoyan...

Ermənilər qadınlarından müharibə vaxtı belə istifadə edib - VİDEO

Vətən Müharibəsi zamanı Ermənistan hökuməti orduda ruh yüksəkliyini artırmaq və fərarilik hallarının qarşısını almaqdan ötrü qadınlara hərbi forma geyindirərək ...

Putinin son bir aydakı dəyişikliyi - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladıqdan sonrakı bir ayda zahirən dəyişib. Sfera.az xəbər verir ki, bu barədə...