“Telegram” pullu olacaq: yeni funksiyalar əlavə edilir

“Telegram” pullu olacaq: yeni funksiyalar əlavə edilir
"Telegram” şəbəkəsi pullu olacaq, ona yeni funksiyalar əlavə ediləcək.
 
Sfera.az xəbər verir ki, bu barədə məlumat "Telegram İnfo” kanalında yer alıb.
 
Bildirilib ki, "Premium” adlanan pullu versiyada istifadəçilər adın yanında hesab sahibinin xüsusi statusunu vurğulayan markerə sahib olacaqlar. Eksklüziv "badge”lərlə yanaşı, "Telegram Premium” abunəçiləri genişlənmiş reaksiyalar dəstini (bəyəndikləri yazı və ya mesajı qeyd etmək üçün istifadə edilə bilən smayliklər), həmçinin tam ekranlı stiker seçim pəncərəsinə çıxış əldə edəcəklər.
 
Kosmetik yeniliklər ödənişli "Telegram” istifadəçilərinin əldə edəcəyi yeganə xüsusiyyətlər deyil. Məsələn, bir qovluğa əlavə edilə bilən çatların sayı 100-dən 200-ə qədər artırılacaq. Qovluqların limiti 10-dan 20-yə qədər genişlənəcək. Eyni zamanda, bərkidilmiş çatların sayı 5-dən 10-a qədər artacaq. Abunə oluna bilinən kanalların və superqrupların ümumi sayı isə 500-dən 1000-ə çatdırılacaq. Qrup və çat adminləri daha çox seçim əldə edəcəklər.
 
"Telegram Info” hesab edir ki, bu, "Telegram Premium” sahibləri üçün açılacaq innovasiyaların natamam siyahısıdır: "Telegram digər əlavə variantları da sınaqdan keçirir, lakin onlar haqqında sonra məlumat veriləcək”.
 
"Telegram Premium”un buraxılış tarixi hələ açıqlanmayıb.
 

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...