Tələbə qızlar dəm qazından zəhərləndi
09:31 / 11.02.2022
927
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Sfera.az-ın məlumatına görə, 2000-ci il təvəllüdlü N.Əhmədova və 1999-cu il təvəllüdlü G.Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Onların tələbə olduğu bildirilir. (APA)