Tələbə qəbulundakı dəyişikliklə bağlı - AÇIQLAMA

Tələbə qəbulundakı dəyişikliklə bağlı - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydalarında dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, Nazirlər Kabineti qərarla bağlı açıqlama yayımlayıb.

Bildirilib ki, bu dəyişiklik "İnformatika müəllimliyi”, "Riyaziyyat və informatika müəllimliyi”, "Kompüter elmləri”, "İnformasiya təhlükəsizliyi”, "İnformasiya texnologiyaları”, "Kompüter mühəndisliyi”, "Mexatronika və robototexnika mühəndisliyi”, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və "Sistemlər mühəndisliyi” ixtisaslarının xüsusiyyətlərindən irəli gələrək həmin ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin informatika fənni üzrə tam orta təhsil səviyyəsində biliklərə malik olmasının labüdlüyü ilə əlaqədar edilib.

Təklif edilmiş dəyişiklik adıçəkilən Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi – "İxtisas qrupları və ixtisaslar”da da nəzərdə alınmışdır və I ixtisas qrupuna daxil olan ixtisasların riyaziyyat-kimya (RK) və riyaziyyat-informatika (Rİ) altqruplarına bölünməsini əks etdirir.

Eyni zamanda, adıçəkilən ixtisaslar üzrə müsabiqə vəziyyətinin təhlili onu deməyə əsas verir ki, nəzərdə tutulmuş dəyişikliklər həmin ixtisaslara marağı  artıracaq və həmin ixtisasların müsabiqəsində daha çox abituriyentin iştirakına gətirib çıxaracaq.

Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

OXŞAR XƏBƏRLƏR

Təhsil naziri müşavirinə yüksək vəzifə verdi – FOTO

Təhsil nazirinin müşaviri Elnur Nəsibov yeni vəzifəyə təyinat alıb. Sfera.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. ...

Vilayət Eyvazov mayora vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub. Sfera.az-ın xəbərinə görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzaladığı müvafiq əmrə əsasə...

Azərbaycanda müəllim tələbələrə əxlaqsız təklif etdi - AÇIQLAMA/VİDEO

Lənkəran Dövlət Universitetinin müəllimi tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif edib. Sfera.az xəbər verir ki, bununla bağlı "Space TV”nin aparıcıs...

50 min nəfər niyə biabırçı nəticə göstərdi? - Buraxılış imtahanlarından bəzi sualların çıxarılması təklif olunur

Builki buraxılış imtahanlarında 92 673 nəfər iştirak edib. Onlardan təxminən 23 650 nəfər 0-50 bal arası, təxminən 300 nəfər 0 bal nəticə əldə edib. 10 800 nəfə...

Məleykə Abbaszadə valideynlərə səsləndi: "Bu çox səhv yanaşmadır, çünki..."

"İki il bundan əvvəl şagirdin 9-cu sinifdə hansı nəticələri varsa, 2 ildən sonra 11-ci sinifdə də həmin şagird maksimum 40% üstün nəticə göstərə bilər”. Sfe...

DİM imtahan cavablarını niyə gecikdirdi? – “Maliyyə azdır…”

Dövlət İmtahan Mərkəzi (DİM) bir ay bundan öncə keçirilən buraxılış imtahanlarının nəticələrini ötən gün elan edib.  Qurum açıqlayıb ki, gecikmə ...