Tək deputat maaşı ilə Fəzail Ağamalı bu qədər mülkü necə əldə edib? – SİYAHI

Tək deputat maaşı ilə Fəzail Ağamalı bu qədər mülkü necə əldə edib? – SİYAHI
Son günlər Milli Məclisin deputatı Fəzail Ağamalı açıqlamaları ilə "xalqın dostu" imicini yaratmağa çalışır. Deputat bu açıqlamaları ilə, görünür, mətbuatda və sosial şəbəkədə siyahısı yayılan mülklərini, biznesini ört-basdır etməyə çalışır.

Sfera.az Fəzail Ağamalının mülklərinin sosial şəbəkədə yayılan siyahısını təqdim edir:

1. "BUTA” bağçaları (qızı Günay Ağamalının adına)

2. Novxanıda villa (öz adına)

3. Novxanıda villa (oğlu Elçinin adına)

4. Nərimanov rayonu, M.Əlizadə küçəsində 2 mənzil

5. M.Araz küçəsində 2 mənzil

6. Çınqıl zavodu

7. Neftçala rayonunda şadlıq sarayı

8. "555” nömrəli bahalı avtomobillər

9. Ukraynada meyvə biznesi

10. Atatürk prospektində villa

11. Şəhərin bir neçə yerində təzə binalarda mənzillər

12. Xətayi rayon məhkəməsinin binası (icarədədir, F.Ağamalıya məxsusdur)

13. Boru sexləri (oğlu idarə edir) və s.

14. Salyan və Neftçala rayonlarında yüzlərlə parnik, obyekt və yük maşınları.

Bu gün hər kəsi maraqlandıran məsələ deputatın bu qədər mülkü hardan və necə əldə etməsidir. Əslində deputat Fəzail Ağamalının məmurlara verdiyi sualı onun özünə vermək lazımdır. Görəsən, tək deputat maaşı ilə Fəzail Ağamalı bu qədər mülkü necə əldə edib? Ən önəmlisi isə odur ki, məmurlara vəzifədən getməyi məsləhət görür, lakin özü nədənsə 2020-ci ilin parlament seçkilərində seçicilər tərəfindən rüsvayçılıqla qovulduğunu yada salmaq istəmir.
Qeyd edək ki, seçkilər zamanı sayı 50-ni keçməyən bir qrup insan Fəzail Ağamalıya qarşı çıxaraq, onun yenidən deputat kimi namizədliyini izəli sürdüyünə görə etiraz etmişdi./Sonxeber/

OXŞAR XƏBƏRLƏR

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Prezident Administrasiyasının bu şöbəsi ləğv olundu

Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsi ləğv edilib. Sfera.az-ın məlumatına görə, şöbənin adı president.az saytında "Struktur” bölməs...

Rəşad Dağlı danışdı - Onu üzr istəməyə kim məcbur edib? - VİDEO

Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə deyişmə zamanı "Xomeyni çöküb qalıb, Behcəti "naqruska”dadır” kimi ifadələr işlətdiyi üçün təhdid olunduğuna görə üz...

Rusiyalı məşhur qadınla eşq yaşayan azərbaycanlı kimdir? - ŞOK DETALLAR/FOTOLAR

Dünyaca məşhur balerina Anastasiya Voloçkovanın yeni sevgilisinin azərbaycanlı taksi sürücüsü olduğu deyilsə də bu məlumat həqiqəti əks etdirməyib. Sfera.az...

Azərbaycanda itləri kütləvi şəkildə güllələdilər - VİDEO

Bərdə rayonunda küçə itlərini kütləvi şəkildə öldürüblər.   Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayı...