Təhsillə bağlı yeni sərəncam

Təhsillə bağlı yeni sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev bu gün "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə əlaqədar bəzi məsələlər haqqında sərəncam imzalayıb.

 

Publika.az-ın xəbərinə görə, sərəncama əsasən, "Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncam ləğv edilib. Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları üçün Azərbaycan Respublikasının dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait hər il təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək.

 

Nazirlər Kabinetinə təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləğini və ayrılması şərtlərini, o cümlədən vəsaitlərin verilmə prosedurlarını, monitorinqin aparılmasını, hesabat və qiymətləndirmə üzrə tələbləri üç ay müddətində təsdiq edib dövlət başçısına məlumat vermək, Prezident aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində məlumat vermək, həmçinin bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər

Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri vəzifəsinə təyin edilməsi günün əsas müzakirə mövzularındandır. Bu, islahat dalğasının davamlılığının göstəri...

“Qarabağ klanı”ndan ŞOK PLAN – Azərbaycanla bağlı bütün razılaşmalar sıradan ÇIXARILIR

Ermənistanda müxalifətin, revanşist qüvvələrin etiraz aksiyaları Bakını növbəti təxribatla üz-üzə qoyaraq, sülh danışıqlarına mane ola biləcək yeni hərbi ə...

Ərdoğan açılışda İlham Əliyevə HƏDİYYƏ VERDİ - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ...

Ermənistan sülh sənədi təqdim etdi – 6 bənddə hansı təkliflər var?

Edmon Marukyan Ermənistanın Azərbaycana təqdim etdiyi 6 bəndlik sülh müqaviləsinin şərtlərini açıqlayıb. Ermənistan Respublikasının mühüm işlər üzrə səfiri ...

Türkiyədə dəniz üzərində hava limanı açılır - İlk enişi prezidentlərin təyyarəsi edəcək

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezi...