Təhlükəli "Snikers", "Mars" Azərbaycanda da satılırmı?

Təhlükəli

Almaniyada "Snikers" batonlarının tərkibində qırmızı plastikin aşkarlanması böyük qalmaqala səbəb olub. Bundan sonra "Mars" kompaniyası "Snikers", "Mars", "Milki way" və "Celebrations" şokalad batonlarının geri çağrılması barədə qərar verib.

Sfera.az modern.az-a istinadən xəbər verir ki, şirkətin rəsmi səhifəsində qeyd edilən məlumata görə, adları çəkilən şokalad batonlarının geri çağırılması yalnız Niderlanddakı fabrikdə istehsal edilən məhsullara aiddir:

"Geri çağırılma yalnız 2015-ci il dekabrın 5-i və 2016-ci il yanvarın 18-i tarixlərində Niderland fabrikində istehsal olunan məhsullara aiddir. "Mars" məhsullarına bu təsir az olsa da, fabrikdən "duty free" də daxil olmaqla çox ölkələrə mal satılıb. Yalnız qablaşdırmada "Mars Netherlands" qeyd edilən məhsullar geri çağırılır".

"Snikers", "Mars", "Milki way" və "Celebrations" şokalad batonları Azərbaycana Niderlanddan gətirilmir. Amma yenə də bu məhsulları alarkən onun harada istehsal edildiyinə diqqət yetirmək lazımdır.


OXŞAR XƏBƏRLƏR

Qorxunc statistika: Ötən il Azərbaycanda 105 uşaq xərçəngdən ölüb

Hazırda bəşəriyyətin qarşısında aciz qaldığı ən böyük bəlalardan biri xərçəng xəstəliyidir. İllərdir aparılan tibbi araşdırmalar, tətbiq edilən müalicələr, məsl...

3 nəfər qarpızdan zəhərlənib – RƏSMİ

İnsanların düzgün qidalanmaması zəhərlənmələrə səbəb olur . Bunu Respublika Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva ...

Bakıda 75 nəfəri gün vurub

Havaların isti keçməsi ilə əlaqədar mövsüm başlayandan bu günə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə 75 müraciət daxil olub. ...

Azərbaycanda qorxunc xəbər dolaşır - ilk rəsmi açıqlama

 Son günlərdə sosial şəbəkələrdə yayılan bu xəbər hər kəsi təşvişə salıb. Belə ki, azyaşlı yaşlı uşaqlar arasında "Koksaki” virusunun yayıldığı barədə məlu...

Azərbaycana gətirilən təhlükəli məhsullar: Uşaq oyuncağı, pomada…

Respublika Sanitariya-Karantin Müfəttişliyinin laboratoriya şöbəsinin 2016-cı il ərzində sanitar-kimyəvi bölməsində 10460 müayinə, sanitar-bakterioloji bölməsin...

Nikahdan öncə tibbi müayinə məcburiləşdirilsə də...

Azərbaycanda nikahdan öncə tibbi müayinə məcburiləşdirilsə də, bir sıra cütlüklər müayinənin nəticələrindən asılı olmayaraq, evlənmək qərarından daşınmırlar. B...