Təhdid, yoxsa etiraf… - Şoyqunun NATO ilə bağlı sözləri nə məna verir?

Təhdid, yoxsa etiraf… - Şoyqunun NATO ilə bağlı sözləri nə məna verir?
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib ki, "Ukrayna qoşunları üçün silah-sursat gətirən NATO nəqliyyat vasitələri məhv ediləcək”. 

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ölkə ərazisinə silah və ya materiallar gələn istənilən nəqliyyat vasitəsini məhv etmək onlar üçün qanuni hədəf hesab olunur. 

Sfera.az xəbər verir ki, bu məsələ ilə bağlı danışan siyasi məsələlər üzrə ekspert Elçin Mirzəbəyli Şoyqunun bu açıqlamasını "gücsüzlüyün etirafı” kimi dəyərləndirib:

"Müdafiə naziri Sergey Şoyqunun bu açıqlamasından belə anlaşılır ki, Rusiyanın Ukraynada öz məqsədinə çata bilməməsinin səbəbi bu ölkəyə NATO silahlarının daşınmasıdır. Bu isə Rusiya hərbi sənaye kompleksi və ordusunun NATO silahları qarşısında acizliyinin etirafı kimi də dəyərləndirilə bilər. 

Digər tərəfdən, ola bilsin ki, Rusiya hərbi kəşfiyyatı Ukraynaya bu ölkənin müdafiə qabiliyyətini gücləndirəcək və rus ordusu üçün yeni problemlər yaradacaq yeni silahların və hərbi texnikanın gətiriləcəyi barədə məlumat əldə edib və Şoyqunun narahatlığı da bununla bağlıdır. Amma bütün hallarda Rusiya müdafiə nazirliyinin açıqlaması təhdiddən daha çox gücsüzlüyün etirafı təsiri bağışlayır”,-deyə ekspert qeyd edib.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA

"Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması xəbərini məmnunluq hissi ilə qarşıladım. Bu cür önəmli və məsuliyyətli posta gənc bir kadrın təyin...

Baydenin son qərarı Rusiyanı diz çökdürəcək? - "Yayda qanlı döyüşlər gözlənilir..."

ABŞ prezidenti Co Bayden dünən "Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı"nı imzalayıb. Beləliklə, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizə...

Putin “Qırmızı meydan”da nə deyəcək? - AÇIQLAMA

"Ukraynanın işğalı planı Rusiyanın istədiyi kimi getmir, hətta A planını – Kiyevi tutmağı - bacarmayan ruslar B planına - Donbası tamamilə zəbt etməyə də tam na...

Qriqoryanın son bəyanatı nəyə hesablanıb? – AÇIQLAMA

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakıdan  Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istədiyini açıqlayıb.  Qarabağ mü...