"Tarix dərsliklərindəki informasiyanı akademiklər belə tam yadda saxlaya bilmir" - EKSPERT

"Dərs yükünün ağır olması ondan irəli gəlir ki, dərsliklərin hazırlanmasına nəzarət yoxdur”

Bu sözləri Sfera.az saytına açıqlamasında dərs yükünün ağır olmasına hansı amillərin səbəb olduğuna aydınlıq gətirərkən təhsil eksperti Kamran Əsədov deyib. 

Ekspert bildirdi ki, müəlliflər tərəfindən hazırlanan dərslikləri Təhsil Nazirliyi yoxlamaq səlahiyyətinə malik deyil: 

"Ancaq müəyyən ekspertlər özləri istədikləri kimi dərslikləri hazırlayırdı. İstənilən şəxs özünün disertasiya işini kitablara köçürmüşdü. Bu isə həmçinin prosesdə monopoliyanın olmasının göstəricisi idi. Universitetlərdə tələbələr semestr imtahanlarını orta məktəb dərslikləri əsasında verirlər. Bu da onu göstərir ki, orta məktəb dərslikləri kifayət qədər ağırdır. Dəsrliklər müəlliflər tərəfindən yazılır və Təhsil Nazirliyinin isə onu yoxlama mexanizmi yoxdur. Daha çox çalışılır ki, əmək bazarına yüksək bilikli insanlar daxil olsun. Amma unudurduq ki, kadrlar orta məktəblərdə deyil, ali məktəblərdə yetişdirilir. Təəssüf ki, bu gün orta məktəblərin ibtidai siniflərində dərsliklər hədsiz dərəcədə ağırdır. Yəni informasiya yükü həddən artıq çoxdur”. 

Ekspertin dediyinə görə, indiyə kimi dərslikləri Təhsil Nazirliyinin sifarişi əsasında nəşriyyatlar yazırdısa, bundan sonra bütün prosesi birbaşa olaraq nazirliyin özü həyata keçirəcək: 

"İbtidai sinif proqramlarından lazımsız paraqraflar çıxarılacaq, həcmi azaldılacaq. Dərsliklərin sadələşdirilməsinə, şagirdlərin yaş xüsusiyyətinə uyğun olaraq yazılmasına diqqət ayrılacaq. Qarşıdan gələn 3 il ərzində bu proses ilk növbədə ibtidai siniflər üçün həyata keçiriləcək. Ardınca dərsliklərin sadələşdirilməsi prosesi yuxarı sinifləri də əhatə edəcək. Hazırda tarix kitablarında o qədər informasiya yükü, tarixi faktlar var ki, onu akademiklər belə tam olaraq yadda saxlaya bilmir. Bunlar isə standartlara uyğun deyil. Həmin səbəbdən Təhsil Nazirliyi yerlərdən bu istiqamətdə gələn müasir çağırışları dəyərləndirmək qərarına gəldi. Tədris yükü bölüşdürüləcək”.
 
ELÇİN
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Nazirlik müəllimin şagirdi döyməsinə münasibət bildirdi - VİDEO

Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Sfera.az  xəbər verir...

İntim videosu yayılan müəllimlə bağlı YENİ XƏBƏR - VİDEO

Tələbə qızlara əxlaqsız təkliflər etməkdə ittiham olunan Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov dərslərə buraxılmır. Sfera.az xəbər verir ...

"Əyani təhsilə qayıtmaqda gecikmişik" - Pandemiyanın təhsilə vurduğu zərbəni necə aradan qaldırmaq olar?

Pandemiya bəlkə də ən çox təhsil sahəsinə zərbə vurdu. Bütün dünyada olduğu kimi Azərbaycanda da bu dövrdə təhsilin keyfiyyəti xeyli aşağı düşdü. Hazırda isə po...

Nazirdən müəllimlərin geyim qadağası ilə bağlı AÇIQLAMA

Təhsil naziri Emin Əmrullayev Sumqayıt məktəblərinin birində direktorun müəllimlərə geyim qadağası tətbiq etməsinə aydınlıq gətirib. Sfera.az-ın məlumatın...

Xaricdə təhsil dərdi: Bu şəxslərin diplomu Bakıda niyə tanınmır? VİDEO

Bu şəxslərin bəziləri Rusiya, bəziləri Ukrayna, bir hissəsi isə Belarusda tibb təhsili alıb. İndi isə ölkəmizə qayıdan gənclər sahələri üzrə fəaliyyət göstərə b...

MİT təqaüdü qazanan Salmanla bağlı maraqlı faktları açıqlandı - FOTOLAR

"Bu uğuru gözləyirdik. Çünki o gün ərzində 12-13 saat dərslə məşğul olurdu, həm beynəlxalq olimpiadalara, həm öz fənlərinə, həm SAT-a, həm də İELTS imtahanına h...