Suyu istənilən içkiyə çevirən stəkan

Suyu istənilən içkiyə çevirən stəkan
Sinqapur Milli Universitetinin tədqiqatçıları insanın dadbilmə reseptorlarını aldadaraq adi suyu onun kimyəvi tərkibində dəyişiklik etmədən müxtəlif içkilərə çevirən stəkan yaradıblar.

Sfera.az  popmech.ru saytına istinadla xəbər verir ki, "Vocktail” (virtual cocktail) adlandırılan qurğu işıq diodlarının köməyi ilə içkinin rəngini dəyişir. Dadbilmə reseptorlarının yüngül elektrik stimulyasiyası bu və ya digər dadın hiss edilməsinə səbəb olur, xüsusi borucuq isə mayeyə ətirli qaz ötürür.
Daha əvvəl insanın dadbilmə reseptorlarını məharətlə aldadan rəqəmsal limonad yaradılıb. Yeni texnologiya onunla müqayisədə daha mürəkkəbdir. Alimlər mürəkkəb dad kombinasiyalarını yaratmağı öyrəniblər, həmçinin digər istifadəçilərlə sevimli resepti paylaşmağa və onların elektron kokteyl versiyalarını dadmağa imkan verən xüsusi proqram hazırlayıblar.
 

"Vocktail” sadəcə virtual simulyasiyanın yaradılması yolunda dönüş nöqtəsi deyil. Bu texnologiyanın köməyi ilə pəhriz saxlamaq daha da sadələşəcək. Belə ki, istifadəçilər artıq kalori almadan şirin limonadın dadı və qoxusuna malik adi su içə biləcəklər.
 

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...