“Şuşa ili” ilə bağlı Abşeron məktəblərində silsilə tədbirlər davam edir - FOTO

“Şuşa ili” ilə bağlı Abşeron məktəblərində silsilə tədbirlər davam edir - FOTO
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən respublikamızda 2022-ci ilin "Şuşa ili” elan edilməsi ilə bağlı Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin mədəniyyətini, tarixini tanıtmaq, yeni nəslə dəyərlərimizi tariximizi aşılamaq məqsədi ilə Abşeron məktəblərində "Şuşa İli” adlı layihə həyata keçirilir.
 
Sfera.az xəbər verir ki, il sonunadək davam edəcək layihə çərçivəsində məktəblilər Ali baş Komanda İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun rəşadəti nəticəsində azad olunmuş Şuşa şəhərinin tarix və mədəniyyət abidələrini, arxeoloji, memarlıq abidələrini, tanınmış şəxsiyyətlərini, mədəniyyət və dövlət xadimlərini, musiqi, şeir, poeziyasını və digərlərini tanıtmaq məqsədi ilə öz istedlarını nümaiş etdirəcəklər. 

Tarixi zəfərimiz nəticəsində bu gün artıq Qarabağda, Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilir.

Qədim şəhərimizin tarixini və bu gününü tanıtmaq məqsədi ilə Abşeron rayon Xırdalan şəhər 8 nömrəli tam orta məktəbdə açıq dərslər keçirilib, Şuşanın tarixi, coğrafiyası, mədəniyyəti, təbiəti  haqqında danışılıb. Tədbirdə dövlət himn, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Şuşa sən azadsan" şüarı səsləndirilib. Şagirdlər "Şuşanın dağları", şəhid Xudayarın ifa etdiyi "Vətən yaxşıdır", Azərbaycanın milli musiqi alətləri olan sazın müşayiəti ilə "Azərbaycan" mahnılarını ifa ediblər. Məktəblilərin ifasında Şuşa haqqında şeir kompozisiyası, "Şuşa" şeiri səsləndirilib, "Bayraq" rəqsi və digər rəqslər nümayiş etdirilib. 
Şagirdlərin Şuşa şəhərinin tarixi abidələrini, təbiətini, gözəlliklərini əks etdirən rəsm sərgisi nümayiş olunub.

Abşeron rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova da tədbirdə iştirak edib və gənclərimizdə vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasının, tariximizi, mədəniyyətimizi öyrənib tanitmalarının müsbət hal olduğunu qeyd edib. Gülnar Rəhimova şəhid və qazilərimizin Xırdalan 8 nömrəli tam orta məktəbdə təhsil alan övladları ilə görüşdü, onların bir qrupu ilə söhbət edib.


 

OXŞAR XƏBƏRLƏR

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Muzeylərdə “açıq qapı” aksiyası keçirilir – FOTOREPORTAJ

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü (İnternational Museum Day) kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabe...

Qafqaz - İberoamerika Düşüncə Mərkəzi Aİ - AZƏRBAYCAN biznes forumunda - FOTOLAR

Mayın 17 - də Avropa İttifaqı - Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Avropadan rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sa...

Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırıldı - FOTOLAR

İctimai Xadim, İş Adamı, "Ganjavi Holding"-in prezidenti Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırılıb. Sfera.az xəbər veri...

“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin etdi - FOTO

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı marafonu - 2022” baş tutub. "Küləyə qalib gəl” şüarı altında sayca 5-cisi keçirilən marafonun mühafizə...

İlham Əliyev və Ərdoğanın qatıldığı Rize-Artvin Hava Limanının açılışından maraqlı FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və...