Sürücülərə xoş xəbər gəldi: Artıq sizi.... - VİDEO

Sürücülərə xoş xəbər gəldi: Artıq sizi.... - VİDEO
Əlifbamızda olan bəzi hərflərin latın qrafikasında olmaması xarici ölkələrdə avtomobil sürmək istəyən vətəndaşlarımıza bəzi hallarda problem yaradırdı. Sürücülərin belə hallarla qarşılaşmamaları üçün yeni sürücülük vəsiqələrinin verilməsinə başlanılıb. 9 dildə olan və bütün ölkələrdə tanınan beynəlxalq sürücülük vəsiqəsini azərbaycanda milli sürücülük vəsiqəsi olan hər kəs əldə edə bilər.


Azərbaycanda beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlanılıb.


Milli vəsiqəyə malik alan hər bir vətəndaş beynəlxalq sürücülük vəsiqəsi əldə etməklə istənilən dövlətin ərazisində rahatlıqla avtomobil icarəyə götürə və idarə edə bilər. Yeni sürücülük vəsiqəsi 9 dildə təqdim olunur. Sürücülük vəsiqəsini yeni alanlar da elə həmin gün beynəlxalq sürücülük vəsiqələrini əldə edə bilərlər.


Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, yeni sürücülk vəsiqəsində olan dəyişikliklər həm Vyana Konvensiyanın 7-ci Əlavəsi ilə tövsiyə olunur, həm də bəzi ölkələrdə vətəndaşlarımızın üzləşdikləri problemi həll edir. Lakin həmin vəsiqə ilə yanaşı, milli sürücülük vəsiqəsi də mütləq təqdim olunmalıdır.


Kamran Əliyev onu da qeyd etdi ki, sürücülərin özü bu vəsiqəni əldə etməyə maraq göstərir. Xüsusilə də xaricə avtomobillə səyahət edənlər, xaricdən avtomobil gətirənlərvə orda avtomobil icarəyə götürənlər yeni vəsiqələr əldə etmək üçün müraciət edirlər.



 

OXŞAR XƏBƏRLƏR

Ərəblərin Azərbaycanda VİP istirahəti: helikopter xidməti, bahalı otellər - VİDEO

Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı macəralarının yeni görüntüləri yayılıb.  Sfera.az baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycanın ray...

Telman İsmayılov gizli məqamlara toxundu: “Edama hazıram” - VİDEO

Rusiyanın NTV telekanalı tanınmış iş adamı, azərbaycanlı biznesmen Telman İsmayılovdan müsahibə alıb. Kanalın məşhur "Yeni rus sensasiyaları” proqramında Te...

"Drakon"la ölümcül döyülən məktəb direktorunun ŞOK videosu

Xəbər verdiyimiz kimi, "Dolu" filminin məşhur aktyoru, "Drakon" obrazını canlandıran Rza Rzayev qalmaqal yaşadığı məktəb direktorunu döyüb. Sfera.az bi...

Cahangirin bədxərc arvadı Zamirə londonluları şoka saldı: Bu sərsəmlikdir! - VİDEO

London sakinləri Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın cəmi bir neçə il ərzində məşhur "Harrods” unive...

Sürücülərə xoş xəbər gəldi: Artıq sizi.... - VİDEO

Əlifbamızda olan bəzi hərflərin latın qrafikasında olmaması xarici ölkələrdə avtomobil sürmək istəyən vətəndaşlarımıza bəzi hallarda problem yaradırdı. Sürücülə...

Gözlənilməz reyd - “Kənd çolpaları” sexində iyrənc mənzərə - VİDEO

Qida Təhlükəsizliyi Agentliyi Abşeron rayonu, Masazır qəsəbəsində qanunsuz toyuq kəsimi ilə məşğul olan iki müəssisə aşkarlayıb.  Sfera.az bildirir k...