Sumqayıtdakı yol bu səbəbdən çökübmüş - VİDEO/FOTO

Sumqayıtdakı yol bu səbəbdən çökübmüş - VİDEO/FOTO
Bir neçə gün öncə Sumqayıt şəhərində yolun çökməsi və bayram günləri ilə bağlı olaraq hələ də təmir edilməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Sfera.az bildirir ki, bu gün "Qafqazinfo”nun əməkdaşları hadisənin baş verdiyi 20-ci məhəllə, Kamran Hüseynov küçəsində olublar. Hazırda ərazidə "Azərsu” ASC-nin əməkdaşları iş aparır. Yol təxminən 5 metr məsafə aralığında 2 yerdən çöküb. 

Sumqayıt şəhər Sukanal İdarəsinin baş texnoloqu Teyyub İsmayılov saytımıza açıqlamasında bildirib ki, hadisə avqustun 21-də axşam saat 21:30 radələrində baş verib:

"600 millimetrlik kanalizasiya xəttinin bu hissəsində sızma nəticəsində qəza olub. Qəzanın aradan qaldırılması üçün işlər görülür. Sumqayıt şəhəri ötən əsrin 50-ci illərində salınıb. Bu xətt də həmin vaxt çəkilib. İstismar müddətinə keçdiyi üçün suyun sızması təbiidir. Yolun alt hissəsi qum olduğu üçün sızma nəticəsində çöküntü olub. Biz indi alternativ variant kimi əvvəlcə su pompalarından istifadə edərək borulara gələn axıntının qarşısını alırıq. Daha sonra su nasoslarıyla kanalizasiya xəttindən gələn tullantılar digər quyudan xəttə ötürülür. Yəni çökmə olan hissədə bir növ körpü yaradılıb”.

T.İsmayılov bundan sonra görüləcək işlərdən də danışıb: "Hazırda Sumqayıt şəhərinin 80 faizi su ilə təmin edilib, yaxın ətrafda bəzi yerlərdə suyun verilməsi dayandırılıb. Bir neçə saata bu problem də aradan qaldırılacaq və bütün əhali içməli su ilə təmin olunacaq. Kamran Hüseynov küçəsinin çökmə baş verən ərazisində yolun 40 metrlik  hissəsi qazılaraq yeni boru xətti ilə əvəzlənəcək. Ondan sonra yol da nəqliyyat vasitələrinin istifadəsinə veriləcək. Təxminən sabah, yəni avqustun 25-də biz kanalizasiya xəttinin çəkilməsi ilə bağlı işləri tamamlayacağıq”.

Qeyd edək ki, kanalizasiya xəttinin partlaması nəticəsində yaşayış sahəsini kəskin üfunət iyi bürüyüb.



OXŞAR XƏBƏRLƏR

Bakıda əl qumbarası tapıldı - FOTOLAR + VİDEO

Bakıda əl qumbarası tapılıb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. FHN-in "112” qaynar telef...

Əməkdar artistin 40 mərasiminə teatrdan bir nəfər də gəlmədi - FOTOLAR + VİDEO

Fevralın 19-da Əməkdar artist, mərhum Novruz Qartalın 40 mərasimi keçirilib. Amma aktyorun işlədiyi Musiqili Teatrdan bir adam da mərhumun 40 mərasiminə qatılma...

Məşhurlar Ziya Məmmədovun qardaşı oğlunun toyunda - FOTO+VİDEO

"Bəli, qardaşım oğlunun toyu olub. Bunu şişirtməkdə nə var ki? Toy nə vaxtdan qadağan olunub? Qardaşım oğlunun toyu idi, oldu-bitdi".  Bu sözləri Ziy...

Baş Qərargah rəisi Hərbi Dəniz Qüvvələrində qəfil yoxlama keçirdi, tapşırıqlar verdi - FOTOLAR+VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Dəniz Qüvvələrində (HDQ) olub, qəfil yoxlama k...

Məmurların adlarını maşınlara yazdılar, Bakıdakı aksiyanın detalları - VİDEO

Xəbər verdiyimiz kimi, Bakıda 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb. Sfera.az  xəbər verir ki, sürücülər gecədən etibarən maşınlarını...

Zakir Həsənov Laçına getdi, yeni tikilən hərbi hissələrə baxış keçirdi - FOTOLAR + VİDEO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Laçın rayonunda dislokasiya olunan hərbi hissədə yeni tikilən və ə...