ÜST-dən “Omicron” ştamı ilə bağlı XƏBƏRDARLIQ

ÜST-dən “Omicron” ştamı ilə bağlı XƏBƏRDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yenidən həyəcan təbili çalıb.

Sfera.az bildirir ki, bu dəfə qurumun Avropa üzrə direktoru Hans Kluq region ölkələrinin səhiyyə sistemlərinin təcili olaraq "Omicron”nun yaradacağı dalğaya qarşı tədbir görməli olduqlarını deyib.
 
O,  yeni ştamla mübarizə çərçivəsində üç mərhələli həll planı açıqlayıb.

"Dərhal edilməli 3 şey var: Vaksin vasitəsilə özümüzü qorumaq, infeksiyanın qarşısını almaq və səhiyyə sistemlərini yoluxma sayındakı artıma hazrlamaq. Peyvəndlər ağır xəstəlik və ölümə qarşı ən yaxşı müdafiəni təmin edir, virusla bağlı isə, birgə addım atmalıyıq. Eyni zamanda hökumətlər və səlahiyyətli şəxslər də pandemiyanın ciddi dalğasına qarşı hazırlaşmalıdır”, deyə Kluq əlavə edib.

ÜST rəsmisi 2020-ci ilin dekabr ayı ilə müqayisədə bu il Avropa və Orta Asiyada 27 mindən çox ölümün qeydə alındığını vurğulayıb: "Həmçinin ötən ilə nisbətən, bu il yoluxma sayı da 2 milyon 600 minə qədər artıb”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Ramazan sonrası hansı şəkildə qidalanmaq lazımdır – Mütəxəssisdən AÇIQLAMA

Məlum olduğu kimi Ramazan ayı boyunca oruc olan şəxslər gün ərzində normal qidalana bilmir. 1 ay ərzində saatlarla davam edən aclıq və susuzluq sonradan bəzi şə...

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə DƏYİŞİKLİKLƏR ediləcək

Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Bunu İcbari Tibbi Sığorta üzrə Döv...

Son sutkada yoluxanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda bu gün koronavirus infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər verir ki,...

Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ ...