Spiker 104 məmur övladını Milli Məclisdən qovdu: “Oqtay Əsədovun mafiyası…” – VİDEO

Spiker 104 məmur övladını Milli Məclisdən qovdu: “Oqtay Əsədovun mafiyası…” – VİDEO
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentdə çalışan 104 məmur övladını işdən çıxarıb.
 
Sfera.az xəbər verir ki, bu barədə məlumatı "Yeni Müsavat” Media qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu Xural TV-yə müsahibəsində deyib.

O, bildirib ki, spiker özündən əvvəlki rəhbərliyin, yəni Oqtay Əsədovun qurduğu mafiyanı dağıdıb:
 
"Bir müddət əvvəl spiker Sahibə xanımla görüşdüm. Çox böyük işlər görülür. Oqtay Əsədov orada bir mafiya yaratmışdı. Nazir balalarını, icra başçılarının övladları, yaxınlarını yığmışdı Milli Məclisə. Sahibə xanım bu mafiyanı məhv edib. Təsəvvür edin ki, 104 nəfər məmur övladı, yaxınını işdən çıxarıb. Özü də heç bir tapşırıq olmadan”.
 



OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul qaydaları açıqlandı - VİDEO

Azərbaycan Müdafiə Nazirliyinin hərbi liseylərinə 2022/2023-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları açıqlanıb. Nazirlikdən Sfera.az-a bildirilib ...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Sfera.az  icmalı təqdim edir.   ...

Bakıdakı Xocalı yürüşündən - VİDEO

Xəbər verdiyimiz kimi, Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban ...

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında taktiki təlim keçirildi - VİDEO

"Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində "Dövlət sərhədində silahlı basqınların dəf edilməsi və sərhəd axtarışının aparılması” mövzusunda tak...

Azərbaycan Ordusuna komandoların qəbulu elan edildi - VİDEO

Azərbaycan Ordusunun əməliyyat (komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başla...

Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı yoxlanıldı - VİDEO

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yeri...