Son günlər yayılan xəstəlikdən uşaqları necə qorumaq olar? - Professordan AÇIQLAMA

Son günlər yayılan xəstəlikdən uşaqları necə qorumaq olar? - Professordan AÇIQLAMA
"Payız və qış aylarında uşaqlar arasında müşahidə olunan xəstəlik daha çox mövsümi qripdir. Bu qripin yayılmasına soyuq havalarla yanaşı, həm də uşaqların bir-biri ilə daha çox ünsiyyətdə olduğu məktəb və bağçaların yenidən işə başlaması şərait yaradır”.
 
Sfera.az bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin ІІ Uşaq xəstəlikləri  kafedrasının  müdir əvəzi, professor Nailə Sultanova deyib.  O bildirib ki, uşaqlar arasında qripə yoluxma riski böyüklərə nisbətdə daha çoxdur:

"Mümkün qədər çalışmaq lazımdır ki, xəstələnən uşaqlar məktəbə, bağçaya göndərilməsin. Qripi öz axarına buraxmaq, evdə müalicə etmək və xəstəliyin öz- özünə keçməyini gözləmək olmaz. Bu məsələdə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Hər bir valideyn uşaqlarda qripin əlamətlərinin olduğunu, hansı həkimə müraciət etməyi və profilaktik tədbirləri bilməlidir. Valideynlərlə daimi olaraq maarifləndirilmə işi aparılmalı, uşaqları fəsilə uyğun olaraq geyinmələri, vitaminlərlə zəngin keyfiyyətli qida ilə qidalanmaları, gigiyenik qaydalara riayət etmələri başa salınmalıdır. Tədbiq olunan müalicə patogenetik və simptomatik olmalıdır. Medikamentoz müalicə mütləq həkimin göstərişinə uyğun aparılmalıdır. Özünümüalicə ağır fəsadlara yol aça bilər”.

Mütəxəssis əlavə edib ki, qrip zamanı əlavə qoruyucu tədbirlərə ehtiyac var:

"Buraya virusun havadakı konsentrasiyasını azaltmaq məqsədilə otağın havalandırılması, əllərin tez-tez yuyulması, antiseptik yuyucu vasitələrlə otaqların müntəzəm təmizlənməsi aiddir. Qrip virusu praktik olaraq hər il mutasiya etdiyi üçün ona qarşı dayanıqlı immunitet yaratmaq mümkün deyil. Məsələn, əgər uşaq cari mövsümdə qripə yoluxubsa, bu, o demək deyil ki, virusun başqa ştamı ilə qarşılaşsa, vəziyyət bir də təkrarlanmayacaq. Ona görə də qrip əleyhinə peyvəndləməni hər il arapmaq lazım gəlir”.

Günay Rəsulqızı
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Koronavirusun əlamət və ağırlaşmaları 2 il davam edir - Yapon həkimlər

Covid ağırlaşması ilə xəstəxanaya yerləşdirilən pasiyentlərin yarıdan çoxunda simptomlar 2 ilə yaxın qala bilir. Sfera.az xəbər verir ki, bunu Çin-yapon bir...

Bu dərmanın istifadəsi təkrar virus yaradır – XƏBƏRDARLIQ

ABŞ-da həkimlər və səhiyyə rəsmiləri "Pfizer"in evdə istifadə edilə bilən Paxlovid həbi ilə bağlı şübhələrin olduğunu bildiriblər.   Sfera.az xəbər verir...

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artdı - SİYAHI

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı ...

“TURKOVAC"-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

Türkiyənin koronavirusa qarşı yerli vakisini olan "TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir.   Sfera.az xəbər verir ki, b...

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər - Həyəcan TƏBİLİ

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər.   Sfera.az bildirir ki, bu barədə Amerikanın Corctaun Universitetində araşdırma aparılıb.   Qey...

Kimlərə səhər yumurta yemək olmaz? - Endokrinoloqdan açıqlama

Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid baıansını pozur. Sfera.az xəbər verir ki, endokrinoloq Yelena Ostrovskaya ürək-damar xəstəliklə...