SON DƏQİQƏ! Operativ Qərargah məlumat yaydı

SON DƏQİQƏ! Operativ Qərargah məlumat yaydı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 761 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 92 nəfərdir.

Ölkədə son sutka ərzində 3104, hazırkı dövrədək isə 6 814 486 test aparılıb.


OXŞAR XƏBƏRLƏR