Sofiya ilə baş nazirin görüşü baş tutmadı - Aeroportda gözlənilməz itki

Sofiya ilə baş nazirin görüşü baş tutmadı - Aeroportda gözlənilməz itki
"İnsana ən çox oxşayan” robot kimi tanınan Sofiya 3 günlük səfərlə Efiopiyaya gedərkən Frankfurt aeroportunda bəzi hissələrinin itməsi üzündən Efiopiya baş naziri Abiy Əhməd ilə axşam yeməyində iştirak edə bilməyib.
 
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Sofiyanın Beynəlxalq Muzeydə verəcəyi konfrans da ləğv olunub. Robot bu konfransda Efiopiyanın rəsmi dili amhar dilində danışacaqdı.

Robotun hissələrinin olduğu çamadanın itməsinə rəğmən robotun paytaxt Əddis-Əbəbəyə gəldiyi və Beynəlxalq MCİT Forumunda iştirakı planlaşdırılır.
İnsanabənzər robotlar Honq-Konqun "Hanson Robotics” şirkəti tərəfindən 3 il əvvəl hazırlanmış və keçən ilə Səudiyyə Ərəbistanı vətəndaşlığı alan Sofiya bir müddətdir müxtəlif ölkələrdə konfranslar verir.

Süni intellekt tədqiqatlarının son məhsulu olan Sofiya apreldə Misirdə keçirilən konfransda suallara cavab vermiş və "Mənim lüğətimdə müharibəyə yer yoxdur”, - demişdi.

Mərhum Hollivud ulduzu Odri Hepbernə oxşadılaraq hazırlanan robot ingilis dilindən başqa yalnız amhar dilində danışa bilir.
 
Rəsul
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...