SOCAR-ın “Azneft”İB-nin baş direktoru: Dənizə gedən işçilər həkim yoxlamalarından keçəcəklər - MÜSAHİBƏ

SOCAR-ın “Azneft”İB-nin baş direktoru: Dənizə gedən işçilər həkim yoxlamalarından keçəcəklər - MÜSAHİBƏ

Koronavirusla mübarizə üçün SOCAR-ın hasilat hissəsində, xüsusilə dəniz obyektlərində görülən işlərlə bağlı "Azneft” İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynovun "Report”a müsahibəsi:

- SOCAR bütün idarə və müəssisələrində koronavirusla mübarizə tədbirlərinin həyata keçirildiyi barədə mütəmadi məlumatlar yayır. Bəs, "Azneft”in obyektlərində xüsusi olaraq hansı tədbirlər həyata keçirilir?

- Koronavirus (COVID-19) epidemiyasının qarşısının alınması məqsədilə SOCAR-ın "Azneft” İstehsalat Birliyində (İB) preventiv tədbirlər davam edir. Dəniz obyektlərində çox sayda işçilərin məhdud bir ərazidə - dəniz özüllərində, yaşayış blokunda və evciklərdə, yataqxanalarda bir yerdə təmasda olmamaları üçün istehsalatın ahəngini pozmadan əməkdaşların sayının azaldılması və təxliyə edilməsi təmin edilib.

- Dənizdə çalışan işçilərdə xəstəlik əlamətləri olarsa, onların təcridi, təxliyəsi üçün hansı addımlar atılır?

- Dəniz özüllərində hansısa xəstəlik şübhəsi olan işçilərin təxliyə olunanadək digər işçilərdən təcrid edilmiş vəziyyətdə saxlanılması məqsədilə xüsusi evciklər yaradılıb. Xəstəlik şübhəsi olan işçilərin digər insanlardan təcrid olunmuş halda təxliyə olunmalarını təmin etmək üçün daim hazır vəziyyətdə xüsusi təchiz olunmuş helikopter, gəmilər ayrılıb.

 

 

Hazırda dəniz obyektlərində işçilərin ərzaq, eyni zamanda dezinfeksiya məhlulları və qoruyucu vasitələrlə təminatı yüksək səviyyədə yerinə yetirilir. Bildiyiniz kimi, aprelin 2-də SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayev əməkdaşların iş və məişət şəraiti, koronavirus epidemiyasının yayılmasına qarşı həyata keçirilən profilaktik tədbirlərlə yerində tanış olmaq üçün Neft Daşlarına səfər etdi. Neftçilərlə görüşən Rövnəq müəllim böyük fədəkarlığa, hətta qəhrəmanlığa görə, onlara öz təşəkkürünü bildirdi. Hesab edirəm ki, bu neftçilərimiz üçün böyük stimuldur.

- SOCAR prezidenti Rövnəq Abdullayev Neft Daşlarında neftçilərlə görüşdə artıq növbələrin dəyişəcəyini bildirmişdi. Hazırki vəziyyəti nəzərə alsaq, bu proses necə həyata keçiriləcək? Hansı təhlükəsizlik tədbirləri görülür?

- Hazırda işçilərin növbə dəyişməsi ilə bağlı məsələlər nəzərdən keçirilir və yaxın vaxtlarda öz həllini tapacaq. Belə ki, qrup halında dənizə yola düşəcək işçilər sabahdan (4 aprel) başlayaraq xüsusi ayrılmış karantin zonalarına yerləşdirilərək həkim yoxlamalarından keçəcəklər. Yoxlamalar başa çatdıqdan sonra isə növbə dəyişməsi prosesi həyata keçiriləcək.

 

 

Nəzərinizə çatdırım ki, SOCAR prezidentinin müvafiq əmrinə əsasən, İB-nin idarəetmə aparatında koronavirus epidemiyasının yayılmasının vaxtında qarşısının alınması, lazımi-zəruri profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılan fövqəladə əksepidemik qərargah hazırda tam gücü ilə fəaliyyət göstərir. Qərargahda mütəmadi olaraq idarələr, dəniz obyektləri ilə "skype” və "whatsapp” bağlantısı qurulur, koronavirus epidemiyasının yayılmasının vaxtında qarşısının alınması, həyata keçirilən zəruri profilaktik və təxirəsalınmaz tədbirlərlə bağlı müzakirələr aparılır.

Hazırda bütün dünya koronavirusla mübarizə, hətta müharibə aparır. Bu mübarizədə isə həkimlər, polislər və neftçilər ön cəbhədə öz fəaliyyətlərini uğurla davam etdirirlər. Fədakar həkimlərimiz insanlara, xüsusilə də xəstələrə xidmət edir, şərəfli peşə sahibi olan neftçilərimiz isə ölkəmizin dayanıqlı iqtisadi inkişafını təmin etmək üçün var qüvvələri ilə çalışırlar. İnanıram ki, biz tezliklə bu çətin günləri də arxada qoyacağıq. Bir daha qeyd edirik ki, "Azneft” İstehsalat Birliyində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün zəruri olan bütün addımlar atılır, profilaktik tədbirlər daha da gücləndirilir, mövcud vəziyyət daim nəzarət altında saxlanılır.



OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...