Sevil-Sevinc: "Bizə deyirlər ki, kim olmusuz ki, satıcı, ofisiant işləmiz də" - MÜSAHİBƏ

Sevil-Sevinc:
 Sevil Sevinc "Arxamızda heç kim dayanmayıb”


AZXEBER.COM–un müsahibi Azərbaycanın ən məşhur əkizləri müğənni Sevil və Sevinc Səfərovadır.

-Tez-tez tənqid olunan məşhurlardansız. Bəzi məşhurlar təndiqlərə sərt reaksiya verir. Maraqlıdı bəs siz tənqidi necə qarşılayırsız?

-Tənqidləri hər zaman normal qəbul edirik. Bəzən də tənqidləri aşırı dərəcədə edirlər. Amma 2-3 il öncəyə olsaydı, tənqidləri görəndə oturub ağlayardım. Amma hazırda düşünürəm ki, bizi bu qədər tamaşaçı izləyirsə, demək ki, medianın diqqətində olmalıyıq. Sevildiyimiz kimi bizi sevməyənlər də olacaq. Biz hələ ki, müğənni və aparıcı kimi tam peşəkar deyilik. Amma bu sahəyə hədsiz dərəcə həvəsimiz var. Biz sevdiyimiz işlərlə ailəmizi dolandırırıq. Bizi tənqid edən jurnalistləri də yaxşı başa düşürəm. Hətta sevinirəm ki, bizi geyimimizlə də tənqid edirlər.

- Milli Televiziya və Radio Şurası (MTRŞ) tez-tez efirdə olan aparıcılarla bağlı iradlarını bildirir. Bəzən ad çəksələr də, çox vaxt ümumi açıqlamalar verirlər. O deyilən iradları özünüzə götürürsüz?

- Demək olar ki, iradların hamısını diqqətlə oxuyub ondan nəsə nəticə çıxartmaq istəyirik. Ən əsası rus dili danışmaqla bağlı irad deyəndə çalışırıq onu aradan qaldıraq. Efirdə rahat olmağı çox sevirəm. Hardasa zarafat edərəm amma aşırı dərəcədə olmaz. Hər zaman bu kimi açıqlamaları açıb, tez oxuyuruq. Nəyisə öyrənməkdən çəkinmirik. Bizim ilk verilişimizə baxsaz bu gün ilə fərqi görə bilərsiz. Əvəllər efirdə qonaqlara sözü açıq rahat deyə bilmirdim. Nəsə deyəndə qorxub, çəkinirdim, birdən kimsə mənə sərt cavab verər. Amma indi heç nədən çəkinmirəm.

- Bildirdiz ki, efirdə artıq açıq sözlüsüz. Sizdə bu qədər özünəgüvən hissini yaradan nədir?

- Tam səmimi deyə bilərəm ki, arxamızda heç kim dayanmayıb. Bu gün tamaşaçılara, yazılan rəylərə və ən nəhayət özümüzə güvənirik. Ara-sıra Tolik mənə deyirdi ki, "Kiminsə keçmiş qaranlığı varsa , o nəyisə deməyə çox qorxur. Həyacan keçirir. Bugünki gündə çox şükür ki, keçmişdə qaranlıq, tərbiyəsiz heç nə görməmişəm ki, kimdənsə də qorxum. Özgüvən də məhz bundan qaynaqlanır.

- Bəzən keçmişdə çalışdığınız işlərlə bağlı sizi lağa qoyub, sərt tənqid edirlər.

- Bizə deyirlər ki, siz kim olmusuz Satıcı olmusuz və ya ofisiant işləmiz də. Bunlardan heç də utanmırıq. Sabah bu sənətdən uzaqlaşıb ailə qurum, həyat yoldaşım kasıb olsun. Mən yenə də gedib, satıcı işləyə bilərəm, bundan da çəkinmərəm. Satıcı işləmək ayıb iş deyil.

- Tez-tez sosial şəbəkədə keçmiş görüntülərinizi yayırlar. Ən çoxda estetik əməliyyatdan sonra çox dəyişdiyiniz hiss olunur.

- Biz bunu efirdə də müzakirə edirik. Deyirlər ki, bizim estetik əməliyyatımızdan danışırlar, bəs özlərindən niyə danışmırlar. İnan Allaha mən o vaxtımdan utanmıram. İndiki vaxtım da mənə xoşdur. Hələ ara-sıra keyfimiz olmayanda onlara baxıb, gülürük. Hərdən də digər həmkarlarımızın da keçmiş görüntülərin baxırıq (gülürlər). Hətta bəzən fikirləşirik ki, burada çox şirin düşmüşük.

- Amma son olaraq bir məşhuru estetik əməliyyat etdirdiyinə görə efirdə ağlatdız...

- Söhbət yəqin Nazənin xanımdan gedir. Onu da vallah biz etməmişik. Nazənin xanımın xətrini çox istəyirik. Baxmayaraq ki, onlar bizə düşman kimi baxırlar amma biz onların övladları yaşındayıq. Sadəcə sujet getmişdi və sujetin içərisində ən çox əməliyyat olunan məşhur kimi qeyd etmişdilər. O sujetə də biz cavabdehlik deyilik. Verilişin aparıcısı biz olduğumuz üçün iradlarını bizə deyirlər. Onu da üzümüzə demirlər, gedib orda-burda danışırlar. Videolarımızı qoyurlar və deyirlər ki, özünüzə baxın nə gündə olmusuz (gülür).

- Bəlkə də açıq sözlü olmanızdan qorxub iradı özünüzə demirlər.

-Yox, qorxmurlar. Özümə desələr deyəcək ki, veriliş özümüzün deyil. Müəyyən vaxt gəlib işimizi görüb gedirik. Sadəcə adamın üzərində məsuliyyət olur.

- Efir hərəkətlərinizə görə sizdən küsənlər yəqin ki, olub. Onların adını açıqlaya bilərsiz?

Saymaqla bitməz. Misal üçün Röya Ayxan, Abbas Bağırov, Zamiq Hüseynov, Nadir Qafarzadə. Ən böyük davamız təzə-təzə vaxtlarda Zamiqlə olub.

- Səmimi müsahibəyə görə təşəkkürlər...
- Maraqlı suallara görə biz də sizə təşəkkür edirik.
Sfera.az

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...