Şəmkirdə ağır yol qəzası: 4 ölü, 5 yaralı

Şəmkirdə ağır yol qəzası: 4 ölü, 5 yaralı

 

Şəmkirdə iki avtomobilin toqquşması ağır nəticələrə səbəb olub. Hadisə zamanı 4 nəfər dünyasını dəyişib, 5 nəfər isə xəsarət alıb.

 

Sfera.az Kəpəz TV (Region TV)-yə istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. Hadisə zamanı Gəncə sakini 25 yaşlı İntiqam Muxtarovun idarə etdiyi "Mercedes" markalı avtomobillə "VAZ 2106" markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə VAZ-ın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan 7 nəfər Şəmkir sakini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, 3 nəfər dünyasını dəyişib, 4 nəfərin isə vəziyyəti ağırdır. Ölənlərdən birinin azyaşlı olduğu deyilir.

 

Mercedesin sürücüsü isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Ona sağ diz oynağının əzniyi, sağ və sol dirsəyin sıyrığı diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxşdir, ambulator müalicə üçün evə buraxılıb. İntiqam Muxtarovun dediyinə görə, o, Şəmkir şəhərində yerləşən banklardan birində işləyir. Hadisə şəxsi avtomobili ilə Gəncəyə qayıdarkən baş verib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırma aparırlar. Qəzanın dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq.



OXŞAR XƏBƏRLƏR

Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib. Sfera.a...

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi

Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub. Sfera.az bildirir ki,"Qafqazinfo”nun əldə etdiyi məlumata görə...

Qərargah rəisindən yanğınla bağlı AÇIQLAMA: 7 nəfər təxliyə edilib

Bu gün saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş ver...