Seksual modeldən etiraf: Gündə üç dəfə qışqırırdım

Seksual modeldən etiraf: Gündə üç dəfə qışqırırdım

Dünya şöhrətli model Bella Hadid karyerasının əvvəlində depressiya ilə necə mübarizə aparmasından danışıb.

"Mirror” nəşrinə açıqlama verən model əsəblərinin pozulduğunu, uzun iş günündən sonra hər səhər, nahar fasiləsi zamanı və yatmazdan əvvəl qışqırdığını etiraf edib:

"18 yaşımda dörd ay ərzində gündə 14 saat işləyirdim və özümü küncə qoyulmuş kimi hiss edirdim. Görünür, mənə bir istirahət lazım idi”.

 

O, depressiya ilə mübarizə aparanlara sosial şəbəkələrdə paylaşılanlara inanmamağı tövsiyə edib. Bellanın sözlərinə görə, internetdə yaradılan "onlayn xoşbəxtlik” real həyatda öz əksini tapmırsa, deməli, bunun heç bir dəyəri yoxdur.

"Əgər səhər durmaq istəmirsinizsə, qalxmayın, hər hansı bir planı ləğv etmək istəyirsinizsə, ləğv edin”, - deyə Hadid bildirib. (oxu.az)