Şəhid ailələrinə medallar təqdim olundu - FOTOLAR

Şəhid ailələrinə medallar təqdim olundu - FOTOLAR
Bu gün İsmayıllı Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək şəhidlik zirvəsinə yüksəlmiş igidlərin ailələrinə medalların təqdimetmə mərasimi keçirilib.

RİH-nin əməkdaşlarının, şəhidlərin ailə üzvlərinin iştirak etdiyi tədbirdə şəhidlərimizin döyüş yoluna nəzər salınıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin orduya, şəhid ailələrinə, müharibə iştirakçılarına olan diqqət və qayğısı vurğulanıb. Vətənə layiqli oğullar yetişdirdikləri üçün şəhid ailələrinə minnətdarlıq ifadə olunub. Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə təltif olunmuş şəhidlərin medalları ailə üzvlərinə təqdim olunub.

Tədbirdə həmçinin Vəsidə Mustafaqızının "İsmayıllı şəhidləri” adlı kitabının təqdimatı olub.

Kitabda Vətən müharibəsi, Aprel və Tovuz döyüşlərində torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş ismayıllılı oğullarımızın keçdikləri ömür və döyüş yolları barədə onların ailə üzvlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri öz əksini tapıb.

Çıxış edənlər kitabın gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşmasında, şəhidlərimizin təbliğatında böyük rolu olacağına inam ifadə ediblər.

Şəhid ailələri onlara göstərilən dövlət qayğısına görə ölkə Prezidentinə və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkilib.


OXŞAR XƏBƏRLƏR

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Muzeylərdə “açıq qapı” aksiyası keçirilir – FOTOREPORTAJ

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü (İnternational Museum Day) kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabe...

Qafqaz - İberoamerika Düşüncə Mərkəzi Aİ - AZƏRBAYCAN biznes forumunda - FOTOLAR

Mayın 17 - də Avropa İttifaqı - Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Avropadan rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sa...

Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırıldı - FOTOLAR

İctimai Xadim, İş Adamı, "Ganjavi Holding"-in prezidenti Elşən Gəncəvi "Caspian Awards 2022" Azərbaycan layihəsində mükafatlandırılıb. Sfera.az xəbər veri...

“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin etdi - FOTO

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı marafonu - 2022” baş tutub. "Küləyə qalib gəl” şüarı altında sayca 5-cisi keçirilən marafonun mühafizə...

İlham Əliyev və Ərdoğanın qatıldığı Rize-Artvin Hava Limanının açılışından maraqlı FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və...